Şair-dramaturq Camal Yusifzadə
vəfat edib
Şair, dramaturq Camal Yusifzadə 2017-ci il yanvarın 16-da, 75 yaşında vəfat edib.
Camal Yusif oğlu Bağırov (Yusifzadə)
1941-ci il avqustun 19-da Lənkəran
şəhərində anadan
olub. 1965-ci ildə
BDU-nun Tarix fakültəsini
bitirib.
Azərbaycan Sovet Ensiklopediyasında
elmi redaktor, böyük elmi redaktor, "Ədəbiyyat
və incəsənət"
qəzeti redaksiyasında
teatr, kino və musiqi şöbəsində ədəbi
işçi, şöbə
müdiri işləyib.
1991-ci ildən Azərbaycan Televiziyası və Radiosunda ədəbi dram verilişləri baş redaksiyası baş redaktorunun müavini, 1998-ci ildən “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin baş redaktoru vəzifəsində çalışıb.
“Atlılar, qanadlılar”, “Payızdan gələnlər”, “Ümiddən keçən yol” və s. kitabların müəllifidir. "Dağlar arxasız olmur", "Kim dəli, kim ağıllı", "Ölümü köynəkdən keçirən oğul", "Sabaha ömür payı qazananlar" və s. pyesləri tamaşaya qoyulub.
Camal Yusifzadə Lənkəranda dəfn olunub.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2017.- 18
yanvar.- S.14.