Sumqayıt teatrında "Vicdanın hökmü" nümayiş olunub

 

 

 

   20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı yanvarın 19-da Hüseynbala Mirələmovun "Vicdanın hökmü" tamaşasını təqdim edib. Vətənpərvərlik mövzusunda olan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədovdur.

   Tamaşa Qarabağ müharibəsində iştirak etmiş vətənpərvər oğulların şücaətindən, torpaq sevgisindən, müəllim Rəhimin igidliyindən və döyüşlərdə qəhrəmancasına həlak olmasından bəhs edir.

 

Mədəniyyət.- 2017.- 20 yanvar.- S.3.