Ağla, qərənfil, ağla

 

 

 

   Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət mərkəzində “20 Yanvar - qan yaddaşımız” adlı tədbir keçirilib. Mərkəzin direktoru Ramiz Ramazanlı çıxış edərək 20 Yanvar tarixinin xalqımızın taleyinə həm hüzn, həm də mübarizə və qəhrəmanlıq günü kimi yazıldığını bildirib. Həmin faciənin qurbanı olan 4 nəfər qubalı şəhidin xatirəsi anılıb. Tədbir ədəbi-kompozisiya ilə davam etdirilib. Sonda “20 Yanvar - qan yaddaşımız” adlı sənədli film nümayiş edilib.

   Quba Uşaq musiqi məktəbində də anım tədbiri keçirilib. Məktəbin direktoru İlqar Məmmədov bu hadisənin XX əsrdə sovet ordusu tərəfindən insanlığa qarşı törədilən ən dəhşətli təcavüzlərdən biri olduğunu vurğulayıb. Şagirdlər Qanlı Yanvara həsr olunan şeirlər səsləndiriblər. Şair Məmməd AslanınAğla, qərənfil, ağla” şeirindən və bəstəkar Hacı Xanməmmədovun kamança üçün “Konsert”indən ibarət kompozisiya təqdim olunub.

 

Mədəniyyət.- 2017.- 20 yanvar.- S.4.