Milli qürur günümüz

 

 

 

   Yanvarın 18-də M.S.Ordubadinin ev-muzeyində Qara Yanvar şəhidlərinin xatirəsinə həsr edilən “Milli qürur günümüz” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.

   Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Lalə Abaszadə bildirib ki, 20 Yanvar tariximizin qanla yazılmış səhifəsi olsa da, əslində, şərəf günümüzdür.

   Tədbirdə Azərbaycan Dillər Universitetinin professoru Məhəmməd Teymurlu, “Aytam” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin sədri Aygün Zamanlı, şair-publisist Zərəngiz Dəmirçi Qayalı, Din Tarixi Muzeyinin direktoru Münəvvər Babayeva və başqaları sovet imperiyası tərəfindən 1990-cı il yanvarın 20-də törədilmiş bu qırğının insanlığa qarşı ən ağır cinayətlərdən biri olduğunu söyləyiblər.

   SondaAytamİctimai Birliyi üzvlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.

 

Mədəniyyət.- 2017.- 20 yanvar.- S.5.