Qan yaddaşımızın unudulmayacaq səhifəsi
Ağdaş rayon Mərkəzi kitabxanası və Gənclər kitabxanası rayondakı Şəhidlər xiyabanında “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” adlı tədbir keçirib. Tədbirdə 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində şanlı səhifələrdən biri olduğu qeyd olunub, həmin qırğında şəhid olmuş ağdaşlı Müşfiq Ağəli oğlu İsayevin həyat yolundan bəhs edilib.
Müşfiq İsayev adına orta məktəbin, Nizami adına 2 saylı orta məktəbin şagirdləri 20 Yanvar hadisələrinə və ölməz şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər.
Şirvan şəhər Mərkəzi kitabxanasında “Qəhrəmanlıq və iftixar tariximiz” adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Adəm Hüseynov, ictimaiyyət nümayəndələri, 21, 16 və 9 nömrəli orta məktəblərin şagird və müəllim kollektivi, mədəniyyət işçiləri iştirak edib. Çıxışlarda 20 Yanvarın müstəqil dövlətçilik ənənələrini bərpa etmək uğrunda mübarizə yolunda qanlı və şanlı mərhələ təşkil etdiyi vurğulanıb. Məktəblilər 20 Yanvara həsr olunmuş şeirlər söyləyib, səhnəciklər göstəriblər.
Kürdəmir rayon Mərkəzi kitabxanasında “20 Yanvar - şərəf və qəhrəmanlıq tariximiz ” adlı dəyirmi masa təşkil edilib. MKS-nin direktor müavini İ.Mahmudova, rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli, Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elman Məmmədov 1990-cı ilin yanvar hadisələrinin tariximizdəki yerindən söhbət açıblar.
Mərkəzi kitabxananın şöbə müdiri Növrəstə Qəhrəmanova, MKS-nin direktor müavini Xatirə Soltanova mövzu ilə bağlı məruzələrlə çıxış ediblər. 20 Yanvar hadisələrinə həsr edilmiş ədəbi kompozisiya və sənədli film nümayiş olunub, Mərkəzi kitabxananın əməkdaşı Xalidə Məmmədova, oxuculardan Yaşar Rəhimli və Nihad Əhmədovun ifasında şəhidlər haqqında şeirlər və mahnı səslənib.
Tədbir iştirakçıları 20 Yanvara həsr olunmuş kitab sərgisi ilə də tanış olublar.
Quba rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. Mərkəzin direktoru E.Orucova “Heydər Əliyev və 20 Yanvar” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan xalqına qarşı törədilən cinayətə ilk etiraz səsini ucaldan ulu öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bəyanatla çıxış edib, bu cinayəti törədənlərin cəzalandırılmasını tələb edib.
20 Yanvar Azərbaycanın müstəqillik uğrunda mübarizə tarixinə şərəfli səhifə kimi daxil olub.
Neftçala
rayon Mərkəzi kitabxanasının Xidmət
şöbəsində “Qanlı və şanlı gecə”
adlı ədəbi-bədi kompozisiya keçirilib. Şöbənin müdiri F.Məmmədova, MKS-nin
direktor müavini
G.Qasımova 20 Yanvarın tarixindən söz
açıblar. Məktəblilər o gecənin
dəhşətlərindən məlumat verərək, şəhidlərin
xatirəsinə həsr edilmiş
şeirlər söyləyib, mahnılar ifa
edib, səhnəciklər göstəriblər.
Tədbirdə nümayiş etdirilən videoçarxlar o gecənin
acı dəhşətlərini iştirakçılara bir daha xatırladıb.
Mədəniyyət.- 2017.- 20
yanvar.- S.13.