Sofiya kinofestivalında Azərbaycan filmi gecəsi
Xəbər verdiyimiz kimi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında
lentə alınmış
“4.1 Şəhər motivləri”
kinoalmanaxı (“Qonşu
qadın”, “Yuxarıda
və aşağıda”,
“Kədərim” və
“Dmitrov küçəsi
86” qısametrajlı filmləri)
və rejissor Mirbala Səlimlinin “Qırmızı bağ” tammetrajlı bədii filmi yanvarın 12-dən
29-dək Bolqarıstan paytaxtında
keçirilən “Sofia MENAR” beynəlxalq film festivalında
iştirak edir. Hər iki ekran əsəri
festivalın “Fokus” proqramında yer alıb.
Festival çərçivəsində Azərbaycan filmi gecəsi təşkil olunub.
Filmin nümayişindən əvvəl
Azərbaycanın Bolqarıstandakı
səfiri Nərgiz Qurbanova “MENAR” film festivalında
ilk dəfə təmsil
olunan ölkəmizin bu nüfuzlu tədbirə iki filmlə qatıldığını
bildirib. Diqqətə
çatdırıb ki,
gələn il
Azərbaycan kinematoqrafiyası
120 illik yubileyini qeyd edəcək. Ölkəmizdə film sənayesinin yaranması kinematoqrafiyanın
kəşfi ilə eyni vaxta təsadüf
edir. O, “Qırmızı
bağ” və “Şəhər motivləri”
filmləri barədə
də məlumat verib. Diqqətə çatdırıb ki, “Qırmızı bağ” filmi babaları bəy olmuş, özü isə müəllim işləyən bir insanın həyatından
bəhs edir. Bu
film Qazaxıstan, Almaniya,
Misir və Türkiyədə keçirilən
nüfuzlu beynəlxalq
festivallarda nümayiş
olunub. İkinci nümayişi yanvarın
28-də olacaq “Şəhər
motivləri” kinoalmanaxı
Bakı və onun sakinlərindən bəhs edən qısa novellalardan ibarətdir.
Sonra “Qırmızı bağ” filmi nümayiş olunub və izləyicilərin böyük marağına
səbəb olub.
Qeyd edək ki, festival bolqar cəmiyyətinə
islam dünyasının
mədəniyyəti və
ənənələri ilə
tanış olmaq imkanı yaradır. “MENAR”
film festivalı Balkan regionunda
islam mədəniyyətini
nümayiş etdirən
ən böyük tədbir hesab olunur. 2009-2016-cı illər
ərzində təşkil
olunan festivallarda Yaxın Şərq, Mərkəzi Asiya və Şimali Afrika regionundan 300-dən çox film nümayiş
etdirilib.
Mədəniyyət.- 2017.- 20
yanvar.- S.15.