Bəstəkar Nazim
Əliverdibəyovun yubiley gecəsi
Yanvarın 27-də Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Nazim Əliverdibəyovun (1926-1985) anadan olmasının 90 illiyi ilə əlaqədar tədbir keçiriləcək.
N.Əliverdibəyov
musiqinin müxtəlif janrlarında əsərlərin
- “Muğam” xoreoqrafik
lövhələrinin, 2 balet
süitasının, “Mingəçevir” simfonik
poemasının, “Cırtdan” nağıl-operasının,
“Nazxanım naz edir” musiqili komediyasının, kamera-instrumental
və xor əsərlərinin, kinofilmlərə
və teatr tamaşalarına musiqilərin
müəllifidir. O, uzun illər ərzində
Bülbül adına Orta
ixtisas musiqi məktəbinin
direktoru kimi milli musiqi mədəniyyəti
və təhsilinin inkişafında xüsusi
xidmətlər göstərib.
Mədəniyyət.- 2017.- 25
yanvar.- S.2.