Gənc rəssamların 200-dək əsəri
nümayiş olunacaq
Fevralın 2-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda gənc rəssamların rəsm əsərlərindən ibarət sərgi açılacaq.
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə gerçəkləşəcək sərgidə gənc rəssamların rəngkarlıq, batika, qrafika, akvarel, heykəltəraşlıq, tətbiqi sənət, plakat və digər janrlarda 200-dək əsəri yer alacaq. 2 fevral - Gənclər Günü münasibətilə reallaşacaq sərgi bir həftə davam edəcək.
Mədəniyyət.- 2017.- 25
yanvar.- S.2.