“Qəliz adamlar”ın məşqlərinə başlanılıb

 

 

   C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında yəhudi dramaturqu Yosef Bar-Yosefin “Qəliz adamlarpyesi üzərində məşqlərə başlanılıb.

   Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev bildirib ki, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanır.

   Yosef Bar-Yosefin “Qəliz adamlar” əsəri ilk dəfə teatr tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Səhnə əsərində insan faktoru, insani dəyərlər əsas götürülür. Tamaşanın quruluşçu rejissoru Nicat Qəribdir. Rolları Əjdər Zeynalov, Ruhiyyə Paşayeva, Emin Sevdiməliyev, Niyaməddin Səfərəliyev və başqaları oynayır.

  

 

Mədəniyyət.- 2017.- 25 yanvar.- S.2.