Görkəmli tarzənin xatirəsi yad ediləcək

 

 

 

   Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən Allahyar Cavanşirovun anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

   Mədəniyyət və Turizm Nazirliyinin və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək tədbirdə sənətkarın həyat və yaradıcılığına işıq salan fotosərgi açılacaq, musiqi mədəniyyətində xidmətlərindən danışılacaq.

   Gecənin musiqi proqramında xalq və bəstəkar mahnıları, muğamlarımız səslənəcək.

 

Mədəniyyət.- 2017.- 25 yanvar.- S.3.