Bakı Uşaq Teatrının səhnəsində “Vətən” tamaşası
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrında Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar “Vətən” tamaşası nümayiş olunub. İdeya müəllifi İntiqam Soltana, quruluşu İntiqam Soltan və Ayşad Məmmədova məxsus tamaşada Üzeyir Hacıbəylinin bəstələrindən istifadə olunub. Rolları Niyaz Qasımov, Rauf Hüseynli və Cavanşir Məhərrəmov canlandırıblar.
Bayrağımızın yaranmasından, Azərbaycanın müstəqilliyə doğru keşməkeşli yolundan bəhs edən tamaşa maraqla qarşılanıb.
Səhnə əsəri
yanvarın 27-dək müxtəlif mədəniyyət
ocaqlarında nümayiş olunacaq.
Mədəniyyət.- 2017.- 25
yanvar.- S.5.