Rusiyada rəssam həmvətənimizin
sərgisi açılıb
Rusiya Federasiyası Kaluqa vilayətinin Mosalsk şəhərinin rəsm qalereyasında “Sadıq Bağırov. Rəngkarlıq. Qrafika” adlı sərgi açılıb. Həmvətənimiz, Rusiya Rəssamlar İttifaqının üzvü Sadıq Bağırov Bakıda anadan olub, Boqolyubov adına Saratov Rəssamlıq Məktəbində oxuyub, sonra Repin adına Xarkov Rəssamlıq İnstitutunun Sənaye qrafikası fakültəsinə daxil olub.
Rəssam 1978-ci ildə Kaluqaya köçüb. Burada rəssamlıq məktəblərində dərs deyir, sərgilərdə iştirak edir. Əsərləri Rusiya, Ukrayna, Azərbaycan, ABŞ, Fransa, İtaliya, Almaniya, Braziliya və başqa ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.
Mosalsk
şəhərində təşkil edilmiş
sərgidə rəssamın ailə kolleksiyasındakı əsərlər
təqdim edilib. Onun rəsmlərində
Rusiyanın təbiəti və Kaluqa mənzərələri
canlandırılıb. Azərbaycan mənzərələri, o cümlədən “Şərq natürmortu”, “Dağ kəndi”
əsərləri də maraqla
qarşılanıb.
Mədəniyyət.- 2017.- 25
yanvar.- S.6.