Ölkəmizdə idman turizminin inkişaf istiqamətləri

 

 

 

   Son illərdə Azərbaycanda turizmin müxtəlif növləri inkişaf etdirilir, bununla bağlı layihələr həyata keçirilir. Ölkəmizdə inkişaf potensialı olan turizm növlərindən biri idman turizmidir. İdman turizminin inkişafının dəstəklənməsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı iləAzərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb.

  

   Fiziki sağlamlıq, adrenalin istirahət bir arada

  

   Qış idman növləri Azərbaycan üçün nisbətən yeni bir tendensiya olsa da, bu sahədə böyük potensial var. Xizəkçilik daxil olmaqla, bir çox açıq hava idman növlərini təklif edən Şahdağ Turizm Mərkəzi Tufandağ Qış-Yay Turizm İstirahət Kompleksi fəaliyyət göstərir. 2016-cı ilin sonlarından isə Qax rayonu ərazisindəİlisu Snow Tubing Park” kompleksi istifadəyə verildi.

   Ölkəmiz idman turizminin inkişafı üçün zəngin təbiətə sahibdir. Piyada gəzinti üçün nəzərdə tutulmuş müəyyən marşrutlar, dağ turizmi, sepeloturizm (mağara turizmi), veloturizm, safari turizmi digər idman növləri üzrə turizmin inkişafı üçün imkanlar mövcuddur. Bu sahə ilə maraqlanan turistlərdən xüsusi fiziki hazırlıq, dözüm tələb olunur. Belə turizm xidmətləri təcrübəli səriştəli təlimatçıların rəhbərliyi altında həyata keçirilməlidir.

   İdmanın müxtəlif növləri üzrə sadə xidmətlər təqdim oluna bilər ki, bunlardan hər kəs, xüsusi hazırlıqları olmayanlar da istifadə edə bilərlər.

   Təbiət abidələrinə təşkil olunan turlar da, fiziki rekreasiya fəaliyyəti ilə bağlı olmaqla yanaşı, idman turlarının təşkili üçün əlverişli şərait yaradır. Belə turlar adrenalin dolu alpinizm, su idmanı digər idman növlərindən ibarət olur. Əksər hallarda təbiət abidələrindən idman turlarında istifadə edilməsi ərazinin coğrafi şəraiti ilə bağlıdır. Onların landşaft ekzotikliyi ilə seçilən ərazidə yerləşməsi turizm məqsədilə istifadəyə zəmin yaradır.

  

   Beynəlxalq idman yarışlarının turizmə təsiri

  

   İdman Azərbaycanda sürətlə inkişaf edən sahələrdən biridir. Ölkəmizin əksər şəhər rayonlarında olimpiya kompleks mərkəzlərinin istifadəyə verilməsi, həmçinin müxtəlif sahələr üzrə idman meydançalarının təsisatlarının yaradılması ölkədə müvafiq idman növləri üzrə nüfuzlu idman yarışlarının təşkilinə imkan verir. Son illər ölkəmizdə güləş, gimnastika, boks, voleybol digər idman növləri üzrə beynəlxalq idman yarışları təşkil edilib. 2015-ci ildə Birinci Avropa Oyunlarına Azərbaycan ev sahibliyi etdi. 49 ölkədən 6 mindən çox idmançının qatıldığı yarışlar ölkəyə xarici turistlərin cəlb olunması üçün mühüm təbliğat vasitəsi oldu.

   2016-cı ildən başlayaraq isə Bakıda “Formula 1” Qran-pri yarışı keçirilir. Bakı şəhər halqası”nda yüksək səviyyədə təşkil olunmuş yarışmanı izləmək üçün şəhərimizə 47 ölkədən 25 minədək turist gəlmişdi. “Formula 1” (F1) tamaşaçılar üçün ən bahalı idman yarışları hesab olunur. Bu il iyunun 25-də paytaxtımızda ikinci dəfə təşkil olunacaq yarışmanı izləmək üçün satılan biletlərin qiyməti 60-550 manat arasında dəyişir. Təsadüfi deyil ki, F1 yarışlarına ev sahibliyi edən ölkələr daha çox xarici turistlərin gəlməsinə, onların qalma müddətlərinin artırılmasına həmin turistlərin iri mehmanxana cəlbedici məkanlarda daha çox vəsait xərcləməsinə nail olmaq istiqamətində addımlar atır. 2011-ci ildə F1 yarışlarına ev sahibliyi etmiş Bəhreyn Monako hər biri müvafiq olaraq 220 90 milyon dollar mənfəət əldə edib. Bakı da bu beynəlxalq təcrübədən istifadə edərək yarışlar zamanı, yarışlardan əvvəl sonra müxtəlif tədbirlər təşkil etməklə mənfəətliliyi artıra bilər.

   Bu istiqamətdə işlərin görülməsi Strateji Yol Xəritəsində öz əksini tapıb. Belə ki, velosiped turu, festivallar, F1 yarışlarına ev sahibliyi etmiş başqa ölkələrin təcrübəsində olduğu kimi, motorlu idman növləri ilə bağlı tədbirlərin F1 yarışlarından əvvəl sonra təşkili nəzərdən keçiriləcək. Bunlarla yanaşı, yarışlar zamanı yerli kulinariya mədəniyyət festivallarının keçirilməsi məsələsi dəyərləndiriləcək.

   Bu il ölkəmiz həm IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Bütün bunlar Azərbaycanın dünyada idman ölkəsi kimi imicinin artmasına, eyni zamanda xarici turistlərin cəlb olunmasına, idman turizminin inkişafına müsbət təsir göstərir. Qədim zəngin tarixə, mədəniyyətə sahib olan Azərbaycan həmişə qonaqpərvərliyi ilə seçilib. Beynəlxalq idman yarışlarında ölkəmizin tarixi abidələri, zəngin mədəniyyəti mətbəxi, xalqımızın qədim adət-ənənələri qonaqlara təqdim olunaraq təbliğ edilir.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2017.- 25 yanvar.- S.8.