Bakıda “DOT-ART” layihəsi
Muzey Mərkəzinin qalereyası “Salon” jurnalı ilə birlikdə “DOT-ART” layihəsini həyata keçirir.
Layihə çərçivəsində ilk sərgi martın 1-də Bakıda "Collezione Italia" məkanında açılacaq. Sərgi aprelin 1-dək davam edəcək.
“DOT-ART” layihəsinin
məqsədi dizayn xidmətlərinin
istehlakçıları, interyer bazarı
mütəxəssisləri və alıcılarda dizaynın funksiya və bədii surətin dərk edilmiş inteqrasiya prosesi anlayışını
formalaşdırmaqdan ibarətdir. Layihə çərçivəsində
gənc rəssam və memarlarının sərgiləri,
dizayn-sərgilər, mühazirələr və ustad dərsləri, təqdimat və seminarlar planlaşdırılır.
Mədəniyyət.- 2017.- 25
yanvar.- S.13.