“Azərbaycan xalçaları” jurnalının yeni sayında

 

 

 

   “Azərbaycan xalçaları” jurnalının 21-ci nömrəsi işıq üzü görüb. Nəşrdə xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb.

   Jurnalda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti geniş şəkildə işıqlandırılıb. “Güllə səsi hana səsinə qarışan Horadiz” adlı reportaj yazısında cəmiyyətin Füzuli filialının fəaliyyətindən bəhs olunur. Nəşrin bu sayında həmçinin E.NadiradzeN.AxalkatsininGürcüstan Milli Muzeyində Azərbaycan xalçaları”, M.AksoyunTürkfars halı-kilimlerinin temel özelliği”, N.Musalının “Səfəvilər dövründə Ərdəbildə xəttatlıq və kitab sənəti”, P.Panavolinin (Kanada) “Xovlu Şahsevən xalçası”, O.Məmmədovun “Baharlıların tarixi keçmişibu günü”, L.Əliəşrəfqızının “Şeyx Babı Yəqub türbəsi və yaxud kitabdan yox, kitabədən tanıdığımız adam”, X.Əsədovanın “80 illik ənənə”, N.Polosmakın (Rusiya) “Yundan toxunmuş tarix” məqalələri dərc olunub.

   Jurnalın baş redaktoru Əməkdar incəsənət xadimi, professor Vidadi Muradovdur.

 

Mədəniyyət.- 2017.- 25 yanvar.- S.15.