Heydər Əliyev Sarayında caz musiqisi axşamı
Martın 16-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar və pianoçu Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş caz musiqisi axşamı təşkil ediləcək.
Sarayın mətbuat
xidmətindən bildirilib ki,
musiqi axşamında Vaqif
Mustafazadənin müəllifi olduğu əsərlər
səsləndiriləcək. Konsertdə tanınmış və
gənc musiqiçilərin ifaları dinləniləcək.
Mədəniyyət.- 2017.- 27
yanvar.- S.2.