Bakıda zərgərlik sənətinin inkişafına həsr olunmuş regional seminar

 

 

 

   Yanvarın 25-də Azərbaycan Xalça MuzeyindəZərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabahmövzusunda regional seminar işə başladı. Seminar Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsi, Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, İCOM Gürcüstan Milli Komitəsi P.S.Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyinin (Rusiya) dəstəyi ilə keçirilir.

   Tədbirdə Azərbaycan, Gürcüstan Rusiyadan zərgərlik kolleksiyalarının kuratorları, zərgərlər, zərgərlik üzrə dizaynerlər, qiymətli metal daşlar üzrə rəssamlar, müasir zərgərlik brendlərinin nümayəndələri, bərpaçılar, muzeyin təhlükəsizlik xidməti nümayəndələri marketinq menecerləri iştirak edir.

   Tədbirin açılışında çıxış edən Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova bildirdi ki, regional seminar zərgərlik sənətinin müasir dövrdə inkişafına həsr olunub. Seminar çərçivəsində zərgərlik sənətinin qorunması, ənənələrin inkişafı yenidən işlənməsi məsələləri müzakirə ediləcək, zərgərlərin muzeylərlə əməkdaşlığı ön plana çəkiləcək. Muzeyin rəhbəri seminar çərçivəsində zərgərlik nümunələrinin sərgi-yarmarkasının təşkil olunmasının əhəmiyyətini vurğuladı.

   Mədəniyyət Turizm Nazirliyinin Mədəniyyət müəssisələri xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev çıxış edərək bildirdi ki, bu mövzuda beynəlxalq səviyyəli konfransın keçirilməsi zərgərlik sahəsində çalışan insanların qarşılıqlı əlaqələrinə öz müsbət təsirini göstərəcək: “Azərbaycan muzeylərinin Gürcüstan Rusiya muzeyləri ilə yaxşı əlaqələri mövcuddur. Dağıstan Gürcüstanda zərgərlik geniş inkişaf edib ölkələrimiz arasında bu sənət sahəsində özünəməxsusluqlarla yanaşı, oxşar cəhətlər var”.

   Mədəniyyət Turizm Nazirliyinin hər zaman belə tədbirlərin keçirilməsinə dəstək verdiyini vurğulayan şöbə müdiri seminarın işinə uğurlar arzuladı.

   Daha sonra seminar Əməkdar incəsənət xadimi, sənətşünas Cahangir Səlimxanovun moderatorluğu ilə öz işini davam etdirdi.

   Regional seminar yanvarın 26-da Milli Azərbaycan Tarixi Muzeyində davam etdi. Muzeyin Zərgərlik kolleksiyası fondunun müdiri Afət Rüstəmbəyova qonaqları ekspozisiya, fond bərpa emalatxanaları ilə tanış etdi.

   Sonra seminar iştirakçıları İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində oldular. Burada mərkəzin işi ilə yaxından tanış olduqdan sonraRəsmzərgərlik brendi Azərsuvenirzavodunda prosesi izlənildi. Seminar Azərbaycan Xalça Muzeyində müzakirələrlə davam etdi.

   Qeyd edək ki, “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabahmövzusunda regional seminar yanvarın 27-də başa çatacaq.

  

   Lalə

 

Mədəniyyət.- 2017.- 27 yanvar.- S.5.