ATMU-da
Tempus proqramı çərçivəsində
seminar-treninq
Azərbaycan Turizm və
Menecment Universitetində
Mehmanxana və restoran biznesi kafedrasının təşkilatçılığı
ilə Avropa İttifaqının Tempus proqramı
çərçivəsində seminar-treninq keçirilib.
Tempus proqramı
ilə bağlı ölkəmizə səfər
edən portuqaliyalı
mütəxəssislər - LMPH layihəsinin direktoru
Antonio Dias, Anna Rita və məruzəçi
Maria Jose ATMU-da rektor səlahiyyətlərini icra
edən Eldar Aslanov tərəfindən
qəbul olunub.
Görüşdə bu təhsil
proqramının inkişaf
etdirilməsi istiqamətində
fikir mübadiləsi aparılıb.
Portuqaliyalı məruzəçi Maria Josenin moderatorluğu ilə keçirilən
seminar-treninq LMPH layihəsinin
icra müddəti, açıq dərsin təşkili metodologiyası,
co-animasiya, turizmdə
qastronomiyanın əhəmiyyəti
və sair məsələləri əhatə
edib.
Fariz
Mədəniyyət.- 2017.- 27
ynavar.S.9.