“Ədəbi proses” toplusunun növbəti sayı işıq üzü görüb
AMEA Nizami adına Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” yaradıcılıq müşavirəsinin məruzələr toplusu işıq üzü görüb.
İnstitutun direktoru, akademik İsa Həbibbəylinin topluya yazdığı “Janr zənginliyi və gənc qvardiya” sərlövhəli “ön söz”də “Ədəbi proses” yaradıcılıq müşavirələrinin əhəmiyyəti və müsbət nəticələri geniş izah olunub.
2015-ci
ilin ədəbi prosesi
müxtəlif istiqamətlər - şeir,
poema, nəsr, dramaturgiya,
tənqid və ədəbiyyatşünaslıq, bədii tərcümə,
uşaq ədəbiyyatı üzrə təhlil
olunub. İnstitut əməkdaşlarının
müasir şeir, ədəbiyyatın
janr məsələləri, satira, roman, povest, hekayə janrları, dramaturgiya,
ədəbiyyatşünaslığın nəzəri məsələləri,
tarixi roman və ədəbi
tənqiddən bəhs edən məruzələri 2015-ci il ədəbi prosesi
haqqında geniş təsəvvür
yaradır.
Mədəniyyət.- 2017.- 27
yanvar.- S.10.