Tərcümə Mərkəzində
kolumbiyalı diplomatla görüş
Kolumbiya və Azərbaycan şairlərinin
şeirlərindən ibarət kitab çapa hazırlanır
Yanvarın 25-də Kolumbiyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili xanım Marta Qalindo və konsulu xanım Kelli Chaib De Mares Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olublar.
Söhbət zamanı Tərcümə Mərkəzi ilə Kolumbiya səfirliyinin birgə layihəsi olan “İyirmi şeir” (Kolumbiya və Azərbaycan şairlərinin şeirlərinin toplandığı) kitabının nəşrinə dair yekun məsələlər müzakirə olunub.
Toplunun
bu ilin aprel
ayında Kolumbiyada təqdimatının
keçirilməsi, kitabın digər ispandilli
ölkələrdə nəşrinə dair
fikir mübadiləsi aparılıb.
Mədəniyyət.- 2017.- 27
yanvar.- S.10.