Regional idarənin Tərtər rayon nümayəndəliyində
müşavirə
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin (Yevlax və Mingəçevir şəhərləri, Bərdə və Tərtər rayonlarını əhatə edir) təşkilatçılığı ilə idarənin Tərtər rayon nümayəndəliyində müşavirə keçirilib.
Müşavirədə çıxış edən Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi İlyas Hacıyev ölkəmizdə mədəniyyət və turizm sahəsində aparılan islahatlardan danışıb. Struktur islahatlarının bu sahədə idarəçiliyin təkmilləşdirilməsinə yönəldildiyi vurğulanıb.
Qeyd olunub ki, 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi mədəniyyət və turizm sahəsində çalışan əməkdaşların da üzərinə mühüm məsuliyyət qoyur. İdarə rəisi il ərzində bununla bağlı ölkəmizdə həyata keçiriləcək tədbirlərdə yaxından iştirak edəcəklərini bildirib.
Müşavirədə mədəniyyət müəssisələrində nizam-intizamın təşkili, regionun turizm potensialının yüksəldilməsi və turistlərə göstərilən mədəni xidmətlərin daha da artırılması istiqamətində müzakirələr aparılıb.
İşində
fərqlənən bir sıra əməkdaşların
fəaliyyəti qiymətləndirilib, eyni
zamanda yol verilən
nöqsanların aradan
qaldırılması üçün
tapşırıqlar verilib.
Mədəniyyət.- 2017.- 27
yanvar.- S.11.