Muzeydə “İslam həmrəyliyi ili”nə həsr olunmuş tədbir

 

  

   İslam dəyərlərinin qorunması, dünyada təbliği və düzgün tanıdılması, islam mədəniyyətinə diqqət göstərilməsi bu gün bütün müsəlman ölkələrində aktual məsələdir. 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ilielan edilməsi bu baxımdan əlamətdar hadisədir.

   Bununla əlaqədar olaraq Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində dəyirmi masa təşkil olunub. Muzeyin direktoru Xalis Məmmədov ötən il elan olunmuşMultikulturalizm ilikimi, “İslam həmrəylliyi ilinin də tariximizdə böyük iz qoyacağını bildirib. Qeyd edib ki, ulu keçmişə malik Azərbaycan uzun əsrlər islam sivilizasiyasının mühüm mərkəzlərindən biri olub. Azərbaycan ərazisindəki qədim məscidlər bunu bir daha təsdiqləyir.

   Tədbirin sonunda muzeydə islam mədəniyyəti abidələri olan məscid və məbədlərin fotolarından ibarət sərgiyə baxış keçirilib.

 

Mədəniyyət.- 2017.- 27 yanvar.- S.11.