Avrasiya mədəniyyətinin ən əhəmiyyətli ünsürü türk xəttidir”

 

 

   “Avrasiyaçılıq ideyası real əməkdaşlıq üzərində qurularsa, mədəniyyətlərin də qarşılıqlı zənginləşməsinə zəmin yaradacaq  

   Avrasiyaçılıq nəzəriyyəsi ideoloji konsepsiya olaraq hələ XX əsrin əvvəllərində formalaşıb. Əsasən rus fikir adamlarının ortaya atdığı bu ideya türk dünyası ilə slavyan xalqlarının vahid etno-mədəni orqanizm olaraq birləşməsini və Qərbə qarşı real güc olaraq ortaya çıxmasını özündə təcəssüm etdirməkdə idi. Bu gün isə qarşıya belə bir sual çıxır: Avrasiyada türk-slavyan birliyi realdırmı? Türklər və ruslar ortaq mədəniyyət meydana gətirə bilərmi? Mövzu ilə bağlı suallarımızı Ankaradakı İldırım Bəyazid Universitetinin professoru Salih Yılmaz cavablandırır.

  

   - Avrasiyaçılıq nəzəriyyəsi necə yaranıb, əsas prinsipləri nədir? Müasir dövrdə ortaya çıxan “Yeni avrasiyaçılıq” anlayışının əvvəlkindən fərqi nədir və bu anlayış bu coğrafiyada yaşayan xalqların mədəniyyəti üçün nə vəd edir?

   - Avrasiya coğrafiyasında zaman-zaman müxtəlif millətlər iç-içə yaşamışlar. Avrasiya mədəni sahə kimi Bizans, yunan (Ellin), türk-tatarrus mədəniyyətlərinin birləşməsi ilə meydana gəlib. Avrasiyaçılıq nəzəriyyəsinin ötən əsrin əvvəllərində Rusiyada meydana gəlməsi tarixi proseslərlə bağlıdır. Sovetlər birliyinin təşəkkül tapması ilə bu nəzəriyyənin də yayılması müxtəlif xalqları bir dam altında toplamaq ideyasından irəli gəlirdi. Sovetlərin dağılmasından sonra rus avrasiyaçılığı nəzəriyyəsinin yenidən gündəmə gəlməsi də yenə dövrtarixi gedişatla bağlıdır. Rus avrasiyaçılığı sovetlərin süqutundan sonra qurulan MDB strategiyasının müvəffəqiyyətsizliyə uğramasından sonra ortaya çıxan yeni bir ideyadır. Bu ideyaya meyl edən ölkələr Rusiyanın təşviq etdiyi Avrasiya Birliyini beynəlxalq terror, narkotik ticarəti və qaçaqçılıq kimi beynəlxalq miqyaslı problemlərlə birgə mübarizə aparan güc kimi görürlər. Bu xüsusda Türkiyə, İran, Gürcüstan, Ukrayna, Azərbaycan və Özbəkistan kimi ölkələr bu strategiyanın reallaşması üçün həlledici ölkələr, yaxud qırılma nöqtələridir.

   İndi Rusiyada bəzi nəzəriyyəçilər Türkiyənin də içində olduğu bir Avrasiya strategiyasını önə çəkərək "ortaq mədəniyyət"ə vurğu edir, Türkiyə ilə Avrasiyada əməkdaşlıq qurulmasının lazım olduğunu irəli sürürlər. Bu da müsbət bir tendensiyadır. İndiki vaxtda Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin əksəriyyəti müsəlman (Orta Asiya respublikaları) ölkələridir.

   - Rusiyada son dövrlərdə "Türk-slavyan birliyi" nəzəriyyəsi də müzakirə edilməkdədir...

   - Bu yeni nəzəriyyə keçmişdə əhəmiyyətli bir tarixi təcrübəyə sahib Qızıl Orda dövləti əsasında türk-müsəlman birliklərinə Rusiya tarixində layiq olduqları dəyəri verməyi nəzərdə tutur. Avrasiyaçılığın uğur qazanması üçün türkslavyan xalqlarının birlikdə hərəkət etmələrinin vacibliyi vurğulanır. Təbii ki, bunu istəməyən böyük güclər də var. Avrasiya dedikdə coğrafi deyil, mədəni birliyin hədəf edildiyi düşünüldüyündə bu birlik ancaq türkslavyan xalqlarının ortaq məqsəd ətrafında birləşməsini müvəffəqiyyətlə başa çatdıra bilər. Avrasiya mədəniyyətinin ən əhəmiyyətli təyinedici ünsürünün Turan (türk) xətti olduğunu nəzərdən qaçırmamaq lazımdır.

   - Sizcə, həm Rusiyanın, həm də Türkiyənin təmsil olunduğu ortaq bir Avrasiya Birliyinin qurulması mümkündürmübu, mədəniyyətdə hansı üstünlüklər, imkanlar aça bilər?

   - Qərb (Avropa) ilə Şərq (Asiya) arasında körpü olan Avrasiyadakı birliklərin təmsilçiliyini Türkiyə və Rusiya edə bilər. Bu iki ölkənin təkbaşına hərəkət edəcəyi bir Avrasiyanın təsiri də istənildiyi ölçüdə olmayacaq. İndiki vaxtda Avrasiya dünya hakimiyyəti üçün ABŞ, RusiyaÇinin mübarizə sahəsidir. Türkiyə, İran Hindistan da bu mübarizəyə zamanla daxil olub. Türkiyə-Qafqaz Orta Asiya türk respublikaları həm sahib olduqları yeraltı zənginlikləri neft qaynaqları, həm enerji nəqliyyat xətləri baxımından bir çəkişmə bölgəsidir. Bu bölgə əksəriyyət etibarilə türk qohum xalqların yaşadığı coğrafiyadır. Bu səbəbdən bu bölgələrdən Türkiyəni uzaq tutmağa çalışan dairələr var. Rusiya da bunu gördüyü üçün Türkiyə ilə Avrasiya rəqabətinə girməkdənsə əməkdaşlıq edərək ortaq bir Avrasiya Birliyi damı altında birləşməyə dair planları müzakirə etməkdədir.

   Türkiyənin Rusiyada yaşayan türk xalqları ilə ünsiyyət əməkdaşlığının artırılması lazımdır. Rusiya bunu özü üçün təhlükə olaraq görərək Türkiyəni bu xalqlardan uzaq tutmağa çalışıb. Amma iki ölkə bir-birlərinə olan bağlılıqlarını daha yaxşı anlamışlar əməkdaşlığa yenidən dönmüşlər. Rus avrasiyaçılığı ya türk avrasiyacılığı təkbaşına dünyada ayrı bir qütb meydana gətirə bilməz. Ancaq bu iki nəzəriyyə ortaq məqsədlər ətrafında birləşə bilərsə, dünyada güclü bir qütb doğula bilər. Bu əməkdaşlıq hər iki cəmiyyətə güc qatıb rifahı artıracaq təbii ki, mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə zəmin yaradacaq.

  

   Mehparə Sultanova

   Ankara

 

Mədəniyyət.- 2017.- 27 yanvar.- S.12.