Bakıda Çin Yeni il bayramı
Yanvarın 25-də
Azərbaycan Dillər
Universitetində (ADU) bu
ali təhsil
ocağının nəzdində
fəaliyyət göstərən
Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Yeni il bayramı
qeyd olunub.
Konfutsi İnstitutunun Azərbaycan
tərəfdən direktoru,
professor Rafiq Abbasov universitetdə çinşünaslıq üzrə
elm və tədris sahələrində görülən
işlərdən danışıb.
Ötən il
ADU-da Konfutsi İnstitutunun açılış
mərasiminin keçirildiyini
xatırladan R.Abbasov Çinin “Bir kəmər və bir yol” qlobal
iqtisadi layihəsi çərçivəsində elmi araşdırmaların
aparıldığını diqqətə çatdırıb.
Bildirib ki, ADU ilə Çinin universitetləri
arasında tələbə
və müəllim mübadiləsi genişlənib,
Çin dili və onun tarixi,
mədəniyyəti, iki
ölkə arasında
əməkdaşlıqla bağlı
elmi tədqiqatlar aparılıb, seminarlar təşkil olunub.
ADU-nun Regionşünaslıq
və beynəlxalq münasibətlər fakültəsinin
çinşünaslıq ixtisası
üzrə təhsil alan tələbələri,
Konfutsi İnstitutunun əməkdaşları rəngarəng
bədii proqramlarla çıxış ediblər.
Onlar Çin Yeni ilinin tarixindən, ənənələrindən danışıb,
bayrama həsr olunan şeirlər söyləyiblər.
Tədbirdə, həmçinin
“12 bürc”, “Yeni il”, “Ailə”, “Birlik”, “Yasəmən”
Çin mahnıları, “Şir
rəqsi”, uyğur rəqsləri ifa olunub.
Mədəniyyət.- 2017.- 27
yanvar.- S.16.