Gənc ifaçıSkripka baharıfestivalında

 

   Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində 3-cü “Skripka baharı” festivalı çərçivəsində konsert təşkil olunub. Azərbaycanın Fransadakı səfirliyi tanınmış skripkaçı Anton Martınovun bədii rəhbərliyi ilə reallaşan layihənin tərəfdaşıdır.    Festivalda azərbaycanlı gənc skripkaçı Əzizə Salahova da iştirak edib. Onun ifasında Asəf Zeynallının fortepianoskripka üçün yazılmış “Muğamsayağı” əsəri fransız musiqisevərləri heyran edib.

   Gənc skripkaçı Nikkolo Paqanini, Jül MassneErnst Vilhelmin əsərlərini də səsləndirib. Onu fortepianoda müəllimi Anton Martınov müşayiət edib.   Orta musiqi məktəbini Bakıda bitirən Əzizə Salahova təhsilini Kazan Konservatoriyasında və Belçikanın Mons Kral Konservatoriyasında davam etdirib. Hazırda həmin konservatoriyanın magistr pilləsində təhsil alır. Müxtəlif festivallarda uğurla iştirak edib.

 

Mədəniyyət.- 2018.- 4 aprel.- S.16.