Elçin Əzizov
Verdi festivalında operaseverlərin
qəlbini fəth edib
Fransanın Lyon şəhərində məşhur italiyan bəstəkar Cüzeppe Verdinin şərəfinə
Opera festivalı keçirilir.
Festivalda Verdinin “Atilla”, “Makbet” və “Don Karlos” kimi ən məşhur
operalarının müasir
versiyaları təqdim
edilib.
Azərbaycan baritonu, Əməkdar
artist, Rusiya Dövlət
Akademik Böyük Teatrının solisti Elçin Əzizov, həmişə olduğu
kimi, operasevərlərin,
eləcə də avropalı jurnalistlərin
diqqətini cəlb edib. Hər üç operanın
səhnə dekorasiyaları,
musiqiləri, ifaçıları
haqqında müfəssəl
məlumat verilən və onların məziyyətlərinə toxunulan
yazılarda avropalı
jurnalistlər azərbaycanlı
baritonun əsrarəngiz
ifası və nadir səs tembrinin yaratdığı möcüzədən
bəhs ediblər.
"Makbet"
operasında Verdi baş
rolu tenora deyil, baritona verməklə
mənfi xarakterləri əsərin qəhrəmanı edib, əsərdə təkcə eşq əhvalatını deyil,
ehtiras, vicdan narahatlığı
kimi mövzuları önə çəkib.
Festival çərçivəsində bariton Elçin Əzizov
məhz çox çətin hesab edilən Makbet rolunu oynayıb.
Mədəniyyət.- 2018.- 4 aprel.- S.8.