Yurdlarından didərgin
düşənlərin “Ünvansız qatar”ı
Gənc Tamaşaçılar Teatrında Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin “Ünvansız qatar” pyesinin növbəti tamaşası nümayiş olunub. Əsər ata-baba yurdlarından didərgin düşmüş, Bakıya pənah gətirən soydaşlarımızın faciəli həyat həqiqətlərindən bəhs edir.
Əvvəlcə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov, dramaturq Əli Əmirli və teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov çıxış edərək 1918-ci il soyqırımından danışıblar.
Sonra
tamaşa göstərilib. Səhnə əsərinin
quruluşçu rejissoru
Bəhram Osmanov, quruluşçu
rəssamı Sona Qarayevadır. Rolları
Qurban İsmayılov, Şəfəq
Əliyeva, Nəsibə Eldarova, Gülər
Nəbiyeva, Naibə Allahverdiyeva, Kəmalə
Hüseynova, Qəmər Məmmədova, Leyli Vəliyeva və başqaları ifa ediblər.
Mədəniyyət.- 2018.- 4 aprel.- S.5.