1918-ci ilin mart soyqırımı
belarus fotoqrafın
gözü ilə
Martın 31-də Quba Soyqırımı
Memorial Kompleksində “1918-ci ilin mart soyqırımı
belarus fotoqrafı Lev Daşkeviçin gözü
ilə” adlı fotosərgi və azərbaycanlıların soyqırımına
həsr edilmiş kitab sərgisi açılıb.
Lev Daşkeviç
Azərbaycan Xalq Cümhuriyyəti dövründə
soyqırımı faktlarının
araşdırılması məqsədilə
yaradılmış Fövqəladə
İstintaq Komissiyasının
tərkibində fotoqraf-ekspert
kimi fəaliyyət göstərib. Fotoqrafın Şamaxı
şəhərində və
kəndlərində çəkdiyi
şəkillərin sayı
62-dir. Onlardan 45-i şəhərin
özündə, 17-si isə
Əngəxaran, Ağsu,
Boyat, Mərzəndiyə,
Təklə-bəy, Çarhan
və Çuxanlı
kəndlərində çəkilib.
Şamaxı şəhərinin müsəlmanlar yaşayan
hissəsində çəkilmiş
fotoşəkillərdə evlərin, müxtəlif təyinatlı tikililərin
alovun təsirindən
qaralmış divarları
ilə yanaşı, ayrı-ayrı iriölçülü
binaların xarabalıqlarını
aydın görmək
olar. Şəhərin bu hissəsindəki
dağıntıların mərkəzində
əzəmətli tikililərdən
olan Cümə məscidinin yanmış divarları və uçub dağılmış
minarəsi diqqəti cəlb edir.
Şıxminas
kənd sakini Sultanovun evinin həyətindəki insan sümükləri: kəllə
sümüyü, alt çənə
sümüyü, qabırğa
və onurğa sümüklərinin qalıqları
erməni-daşnak hərbi
birləşmələrinin törətdiyi vəhşilikləri
əks etdirir. Bu evə sığınmış
uşaqlı qadınlar
burada silahlı dəstələr tərəfindən
qətlə yetirilib.
Kitab sərgisində
isə 1918-ci ilin mart
soyqırımına dair araşdırma
materiallarının toplandığı nəşrlər sərgilənib.
Mədəniyyət.- 2018.- 4 aprel.- S.7.