Ötən əsrdən boylanan kino tariximiz

 

   Azərbaycan kinosu afişalardaadlı sərgi açılıb

  

   Aprelin 3-də Muzey MərkəzindəAzərbaycan kinosu afişalardaadlı sərginin açılışı oldu. Sərgi ölkə PrezidentininAzərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqındasərəncamına əsasən Mədəniyyət Turizm Nazirliyi tərəfindən hazırlanmış Tədbirlər planına uyğun olaraq Dövlət Film Fondu Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə ərsəyə gəlib.   

   Sərginin açılışında çıxış edən Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirdi ki, kinematoqrafın əsas məhsulu film olsa da, filmlə yanaşı kino sənətini yaşadan müxtəlif artefaktlar var. Onlar zaman keçdikcə qorunub saxlanılır. Bu gün təqdim olunan kinoplakatlar sovet dönəmində lentə alınan filmləri əks etdirir.

   Qeyd olundu ki, sərgidə 1920-1990-cı illərdə Azərbaycanda çəkilmiş filmlərin afişaları nümayiş olunur: “Təbii ki, təqdim edilən plakatlar kino tarixini tam əks etdirmir. Çünki bu dövrdə 300-ə yaxın bədii film lentə alınıb. Kinoplakat qrafikanın bir növü olmaqla sənaye qrafikasına aiddir. Plakat janrında rəssamın əsas məqsədi həmin plakatı çox təsirli vizual baxımdan zəngin təqdim etməkdir. Sərgidə təqdim edilən plakatların hər biri rəssamların əl işləridir”.

   Kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə çıxışı zamanı diqqətə çatdırdı ki, 70-80-ci illərdə nəşr edilən plakatların əksəriyyəti Azərbaycan SSR Dövlət Kinematoqrafiya Komitəsi Məlumat-reklam bürosunda ərsəyə gəlib: “Bu gün plakatları izləyərkən gözlərim önündə çoxlu xatirələrim canlandı. Onların yaranma tarixi, rejissorlarla məsləhətləşmələri xatırlayıram. Dünyasını dəyişmiş Əməkdar rəssam Adil Rüstəmov, Həqiqət Sabir Əfəndiyevlər, bu gün sərgidə bizimlə iştirak edən Xalq rəssamı Arif Hüseynov burada nümayiş olunan plakatların müəllifləridirlər”.

   Aydın Kazımzadə həmçinin bir çox filmlərin plakatlarının yaranması ilə bağlı maraqlı tarixçələri tədbir iştirakçılarının nəzərinə çatdırdı.

   Xalq rəssamı Arif Hüseynov gənclik illərində işlədiyi kinoplakatların bu gün onda nostalji hislər yaratdığını vurğulayaraq qeyd etdi ki, Azərbaycan filmlərinin kinoplakatlarından ibarət kataloqun nəşr olunması arzu olunandır. Xalq rəssamı diqqətə çatdırdı ki, Rəssamlıq Akademiyasında bu gün plakat rəssamlığı üzrə mütəxəssislər təhsil alır, amma əfsus olsun ki, müasir dövrün texnoloji yenilikləri şəraitində kinoplakatın yeni üsulla çapına üstünlük verilir.

   Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. Ekspozisiyaya milli filmlərə çəkilmiş Dövlət Film Fondunda qorunub saxlanılan afişa plakatlar daxildir. Sərgidə ümumilikdə 50-yə yaxın afişa (kinoplakat) nümayiş olunur. Bu plakatlarda həm dövrün cərəyanları öz əksini tapıb.

   1920-1930-cu illərdə kinomuzun səssiz dövründə bədii təsvirin mühüm vasitəsi kimi montaj kinoplakat kompozisiya üslubuna həlledici təsir göstərib. 1950-ci illərdən etibarən isə filmin yaradıcılarının təkcə obrazlı təfəkkür üsulu yox, həm də kadrların statik təsviri plakatlarda yer alıb. Plakatlar tamaşaçıda filmlərin mövzusu, rejissor ideyası, aktyor ansamblı haqqında ilkin təəssürat yaradıb. Bu mənada ustalıqla yaradılan kinoplakatları filmlərin təbliği, baxılması və sevilməsi baxımından əsas amil hesab etmək olar.

  

   Lalə Azəri   

Mədəniyyət.- 2018.- 4 aprel.- S.3.