"Qoca türkün bir dərdi var..."
Qara Qarayev adına
Mərkəzi İncəsənət
Məktəbində 1918-ci il
azərbaycanlıların soyqırımının
100-cü ildönümü münasibətilə "Qoca
türkün bir dərdi var..." adlı anım tədbiri təşkil olunub. Məktəbin müəllimi, musiqişünas
Pərvin Səfərlinin
təşkilatçısı və aparıcısı olduğu tədbirdə faciənin tarixi, səbəb və nəticələrindən söz
açılıb.
Tədbirdə
A.Elsəsin "Əsir
Azərbaycanım" mahnısı,
C.Verdinin "Rekviyem"
əsərindən parça,
Ş.Əlizamanlının "Nuru Paşa" hərbi-vətənpərvərlik mahnısı, məktəbin
şagird və müəllimlərinin ifasında
Xalq artisti Süleyman Ələsgərovun
saz və orkestr üçün
"Aşıqvarı" əsəri və s. musiqilər, Mədəniyyət
və İncəsənət
Universitetinin tələbəsi
Mirsənan Kazımovun
ifasında Almas İldırımın "O mənimdir
əzəldən" şeiri,
"Qara dastan" poemasından parça səsləndirilib.
Məktəbin şagirdləri
tərəfindən o dövrün
tarixindən bəhs edən səhnəcik təqdim olunub.
Mədəniyyət.- 2018.- 4 aprel.- S.13.