Yeniyetmə pianoçu Almaniyada beynəlxalq müsabiqədə birinci olub

 

   Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının VII sinif şagirdi, Xalq artisti Fidan Hacıyevanın Vokal musiqi məktəbində dərslər alan Ayla Kəlbiyeva bu günlərdə Almaniyanın Baden-Vürtemberq şəhərində pianoçuların “Musical Fireworks” beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb.

   Türkiyə, ABŞ, Rusiya, Ukrayna, Belarus və digər ölkələrdən ifaçıların qatıldığı müsabiqə bir neçə yaş kateqoriyasında keçirilib. A.Kəlbiyeva müsabiqədə Q.QarayevinLaylay” əsərini, F.MendelsonunSözsüz mahnı”, Y.Haydnın “Sonata”sını ifa edib.

   “Aylanın Almaniyadakı uğurundan qürur duyuruq. O, gələcəkdə həm solo, həm də konsertmeyster kimi çıxış edə bilər”, - deyə Xalq artisti Fidan Hacıyeva bildirib.

   Professor Tamara Poddubnaya Aylanı Nyu-Yorkda “Long Island Conservatory of Music”ə dəvət edib. Ona konservatoriyaya imtahansız qəbul olunmaq ödənişsiz təhsil almaq təklif edilib. Almaniyada olarkən Ayla həm Bolqarıstana, İtaliyaya Türkiyəyə ustad dərsləri almağa dəvət olunub.

Mədəniyyət 2018.- 6 aprel.- S.8.