Aprel axşamlarından
birini “Spellbound”a ayırın
İtaliyanın ölkəmizdəki səfirliyi ilə əməkdaşlıq proqramını
davam etdirən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı rəqs sənəti pərəstişkarları üçün
sürpriz hazırlayır.
Teatrdan verilən məlumata görə, aprelin 21-də İtaliyanın
məşhur “Spellbound” balet
truppası Bakıda çıxış edəcək.
Truppanın Bakıda təqdim edəcəyi proqram “Bir axşam
“Spellbound”la” adlanır.
Məlumat üçün deyək ki, bu balet truppası
1994-cü ildə yaradılıb.
Müasir dövrün
dünya şöhrətli
xoreoqraflarından Mauro Astolfi
“Spellbound”u yaradarkən
Avropa və ABŞ-ın müxtəlif balet məktəblərinin
təcrübəsindən bəhrələnib.
Lakin o, quruluş verdiyi bütün rəqslərə
öz təkrarsız
üslubunu da əlavə edir. Klassik balet və
müasir rəqs elementlərinin üzvi sintezini tapan xoreoqraf rəqqasların ifasında qeyri-adi plastikaya nail ola
bilir.
“Spellbound”un hər proqramı izləyənlərin
yaddaşından uzun illər silinmir. Son illərdə truppa
Venetsiya biennalesində,
ənənəvi Hyuston
“Dance Salad Festival”da və
digər sanballı sənət göstərilərində
uğurla çıxış
edib.
“Spellbound”
rəqs truppasının Bakıdakı
çıxışı isə paytaxtımızın sakinləri
və qonaqları üçün unudulmaz sənət görüşü
kimi yadda qalacaq.
Mədəniyyət 2018.- 6 aprel.- S.6.