“Bakı Prosesi”
ildən-ilə daha böyük
coğrafiyanı əhatə edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” ildən-ilə genişlənərək daha böyük coğrafiyanı əhatə edir. Bu fikir aprelin 5-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin “Davamlı inkişaf naminə beynəlxalq sülhün və təhlükəsizliyin təşviqi” mövzusunda keçirilən konfransı çərçivəsində “Bakı Prosesi”nin təqdimatında bildirilib.
Tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və xarici işlər naziri Elmar Məmmədyarov konfrans iştirakçılarına “Bakı Prosesi” barədə məlumat veriblər.
Bildirilib ki, bu il “Bakı Prosesi”nin 10 illiyi qeyd olunur.
“Bakı Prosesi”
2008-ci ilin dekabrında
paytaxtımızda keçirilən
Avropa və ona qonşu regionların mədəniyyət
nazirlərinin konfransında
irəli sürülüb.
Bu konfransda ilk dəfə
olaraq on islam
ölkəsinin də
iştirak etməsi ilə yeni bir
formatın əsası
qoyuldu. Ümumilikdə
48 ölkənin, 8 beynəlxalq
təşkilatın və
bir sıra beynəlxalq qeyri-hökumət
təşkilatlarının yüksək səviyyəli
nümayəndələrinin iştirak etdikləri konfransda Azərbaycanın
təşəbbüsü ilə ilk dəfə olaraq “Mədəniyyətlərarası
dialoqun təşviqinə
dair Bakı bəyannaməsi” qəbul
edildi. Beləliklə,
sivilizasiyalar arasında
dialoqun inkişafını
nəzərdə tutan
“Bakı Prosesi”nin əsası qoyuldu.
Həmin konfransda Azərbaycan Prezidenti İlham Əliyevin nitqi, irəli sürdüyü
təkliflər və
tövsiyələr “Bakı
Prosesi”nin qlobal bir təşəbbüsə
çevrilməsinə səbəb
oldu. Ötən dövrdə Bakıda
dörd dəfə Dünya Mədəniyyətlərarası
Dialoq Forumu, eləcə də bir sıra konfranslar,
seminarlar və digər tədbirlər keçirilib.
Mədəniyyət 2018.- 6 aprel.- S.2.