“Təki Vətən sağ olsun

 

   Azərbaycan İstiqlal Muzeyində Bakı şəhəri E.Qaranzadə adına 270 saylı tam orta məktəbin təşkilatçılığı ilə Aprel döyüşlərinin (2016) ildönümünə həsr edilmiş “Təki Vətən sağ olsun” adlı açıq dərs keçirilib.

   Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Ülviyyə Şahbazovanın rəhbərliyi ilə 4a, 6a və 7b sinif şagirdləri müasir hərb tariximizin şanlı səhifəsi olan Aprel döyüşləri şəhidlərinin əziz xatirəsinə həsr olunmuş kompozisiya nümayiş etdiriblər.

   Sonda məktəbin şagirdləri muzeyin ekspozisiyası ilə tanış olublar.

 

Mədəniyyət 2018.- 6 aprel.- S.2.