Qara dənizin turistik və mədəniyyət rəngləri Bakı sərgisində

 

   AİTF sərgisinin fəal iştirakçılarından olan Türkiyə bu dəfə tədbirə 16 təşkilatı və xeyli sayda sənətçisi ilə qatılıb. Sərgidə bu ilTürk dünyasının mədəniyyət paytaxtı” olan Kastamonu şəhəri və Qara dəniz şəhərləri önə çıxarılıb.

   Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyindən verilən məlumata görə, Türkiyədən bu sərgidə iştirak etmək üçün 50-dən çox şirkət və təşkilat müraciət etmişdi. Ekspozisiya sahəsi nəzərə alınaraq 16 təşkilata yer verilib. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi builki sərgiyə yeni bir dizayn quruluşlu milli stendi, rəqəmsal yeniliklər, eləcə də sənət fəaliyyətləri ilə qatılıb.

   TÜRKSOY tərəfindən 2018-ci il ilTürk dünyasının mədəniyyət paytaxtı” elan olunan Kastamonu şəhərinin, təbiət turizmiQara dəniz mədəniyyətinin təbliğinə xüsusi diqqət ayrılıb.

   Bundan əlavə, Osmanlı və müasir türk üslubunda xəttatlıq və ebru sənəti ustası Bekir Uslu, Türkiyənin məşhur təsbeh ustası Hüseyin Çelik, miniatürçü Müjgan İşler, Bursa ipək toxuması ustası və Uludağ Universitetinin müəllimi Sevgi Yüksel Uzunöz kimi usta və sənətçilər tədbirə xüsusi rəng qatacaqlar. Sərgidə Qara dəniz bölgəsinin tanınmış Trabzon Horon kollektivi və kazaziyyə (əlvan metallarla əl işi sənəti), eləcə də kamança ustaları, xalq oyunları sənətçiləri iştirak edirlər.

 

Mədəniyyət.- 2018.- 6 aprel.- S.9.