Elmi tədqiqatlar toplu halında nəşr edilib

 

 

   Bakı Xoreoqrafiya Akademiyasında (BXA) ilk dəfə olaraq özündə Azərbaycan rus dillərində elmi tədqiqat işlərini ehtiva edənElmi əsərlərtoplusunun təqdimatı keçirilib.

   Topluda Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Sonaxanım İbrahimova, Əməkdar rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Sevda Sadıxbəyova, Xalq artisti, dosent Kamilla Hüseynova, Əməkdar artist Sənan Hüseynli, Əməkdar mədəniyyət işçisi Mayra Almaszadə başqa mütəxəssislərin xoreoqrafiya sənəti, musiqi sənəti, sənətşünaslıq, kulturologiya filologiya sahələrində apardıqları tədqiqat işlərindən bəhs edən əsərlər dərc edilib.

   Akademiyanın professor-müəllim, tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan rektor, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev bu gün Azərbaycanda elmə, təhsilə, mədəniyyətə böyük önəm verildiyini deyib: “Elm adamlarımız, ziyalılarımız, görkəmli incəsənət xadimlərimiz mədəniyyət tariximizi yaşatmalı, gələcək nəsillərə ötürməlidir. Təqdimatına yığışdığımızElmi əsərlərtoplusu bu baxımdan mühüm əhəmiyyət kəsb edir”.

   Digər çıxışçılar Bakı Xoreoqrafiya Akademiyasının 3 illik fəaliyyəti müddətində yaradıcılıq işləri ilə yanaşı, “Elmi əsərlərtoplusunun nəşrini tədris ocağının uğuru, bu əsərləri xalqımızın mədəniyyətinə töhfə kimi dəyərləndiriblər.

   Sonda tədbir iştirakçılarına nəfis tərtibatda nəşr dilənElmi əsərlərtoplusu hədiyyə edilib.

  

Mədəniyyət.- 2018.- 6 aprel.- S.12.