Qızıl adam”ın dünya turnesi Moskvadan başladı

 

   Ekspozisiyanın may-iyun aylarında Bakıda nümayişi gözlənilir

  

   Aprelin 3-də Ümumrusiya Dekorativ-Tətbiqi Xalq Sənəti MuzeyindəBöyük çölün irsi: zərgərlik sənəti şedevrlərisərgisinin açılışı olub. Sərgi Qazaxıstan Milli Muzeyinin saxlancındakı unikal eksponatları səyyar nümayişə çıxarıb. Həmin eksponatların arasında məşhur arxeoloji tapıntı - “Qızıl adamda var.

   Qazaxıstanın simvollarından hesab olunanQızıl adamtamamilə qızıldan düzəldilmiş sak döyüşçüsünün geyimidir. 1969-cu ildə Qazaxıstan arxeoloqu Kamal Akişev tərəfindən Almatı vilayətindəki İssık kurqanından tapılmışQızıl adambəşəriyyətə qədim türk tayfalarının unikal mədəniyyətinin yeni səhifəsini açıb. Döyüşçü ilə birlikdə qiymətli metallardan düzəldilmiş minlərlə əşya, geyim elementləri, məişət əşyaları, runik yazı fraqmentləri aşkarlanıb. Arxeoloqlar həmin kurqanın kameralarından ümumi sayı 4 min 800 ədəd olan bəzək əşyası tapmışdılar ki, bu da zənginliyinə görə firon Tutanhamonun sərdabəsindən sonra dünyada ikinci sərdabə deməkdir.

   Sərgidə Qazaxıstan muzeyinin fondlarından bizim eradan əvvəlki VII-III əsrlərə aid edilən qızıl məmulatları, eləcə XIX-XX əsrin ortalarınadək zərgərlik sənətinə aid edilən 170 predmetdən ibarət gümüş qadın zinət əşyaları yer alıb.

   Sərgi Qazaxıstan Milli MuzeyininQızıl adam”ın dünya muzeylərinə yürüşüadlı beynəlxalq layihəsi çərçivəsində təşkil olunub. Məqsəd dünya ictimaiyyətini Avrasiyanın böyük çöl qurşağının zəngin mədəni irsi ilə tanış etməkdir. Layihənin marşrutu 2020-ci ilədək MDB, Asiya, Avropa Amerika ölkələrini əhatə edəcək.

   Qeyd edək ki, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi ilə Qazaxıstanın Milli Muzeyi arasında əldə olunan razılığa əsasən, “Böyük çölün irsi: zərgərlik sənəti şedevrlərisərgisinin 2018-ci ilin may-iyun aylarında Bakıda da nümayişi nəzərdə tutulub.

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2018.- 6 aprel.- S.15.