Musiqi məktəbi
şagirdinin solo konserti
Azərbaycan Milli Konservatoriyasında Bakı Şəhər Mədəniyyət və
Turizm Baş İdarəsinin Ş.Ələkbərova
adına 20 nömrəli onbirillik Musiqi məktəbinin XI sinif şagirdi, Prezident təqaüdçüsü
Behnam Məhta Məhəmmədəlizadənin solo konserti keçirilib.
Konsertdən öncə baş
idarənin rəisi Vuqar Zeynalov Məhta Məhəmmədəlizadəni
əldə etdiyi nailiyyətlərə görə
fəxri fərmanla təltif edib və ona gələcək
fəaliyyətində uğurlar
arzu edib.
Daha sonra Məhta Məhəmmədəlizadə qanunda F.Əmirovun “1001 gecə” baletindən “Fantaziya”, Q.Sviridovun “Fırtına” filminə yazdığı “Vals”, N.Paqanininin “Venesiyada karnaval”, N.Əliverdibəyovun
“Elegiya”, V.Adıgözəlovun
“Laylay” və digər əsərləri
səsləndirib.
Mədəniyyət.- 2018.- 11 parel.- S.7.