Batalyon” universitetdə nümayiş olunub

 

   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Əməkdar incəsənət xadimi, rejissor Nizami Abbasın “Batalyon” sənədli filmi nümayiş olunub.

   Mədəniyyət və Turizm NazirliyininYaddaş” studiyası tərəfindən hazırlanan film Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlər aparmış Tərtər batalyonu haqqındadır. Filmin çəkilişləri Ağdərə rayonunun düşmən işğalından azad olunan ərazilərində aparılıb.

   Universitetin Kinoteleviziya fakültəsinin dekanı, dosent Mübariz Məmmədli, professor Rafiq Quliyev film haqqında təəssüratlarını bölüşüb, rejissora minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, filmdə vətənpərvərlik hisləri tamaşaçıya çox təsirli və səmimi şəkildə çatdırılır.

 

Mədəniyyət.- 2018.- 11 parel.- S.3.