Avstriyalı və azərbaycanlı tələbə rəssamların “Uçan xalça”sı

 

 

   Aprelin 12-də Avstriyanın paytaxtı Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində iki ölkənin tələbə rəssamlarını birləşdirən “Uçan xalça” sərgisinin açılışı keçiriləcək. Sərginin təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi, Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzi və Vyana Tətbiqi Sənət Universitetidir.

   Uçan xalça” sərgisi “Crossing” (“Kəsişmə nöqtəsi”) layihəsinin yekun hissəsidir. Azərbaycan və Avstriyadan olan tələbələr müxtəlif texnikalarda ərsəyə gətirdikləri bu layihə üzərində yeddi ay ərzində işləyiblər. Layihənin məqsədi xalçaçılıqda dövrlərin bir-biri ilə əlaqəsinin aşkara çıxarılması və bu sənətin ənənələrinin qorunub inkişaf etdirilməsidir. Tələbələr öz fantaziyalarını, bədii obrazları ənənəvi arxetiplərə gedib çıxan müasir incəsənətin müxtəlif istiqamətlərində işləmək bacarığını nümayiş etdiriblər. Eksperiment kimi XIX əsrə aid, qismən tələbələr tərəfindən bərpa edilmiş Azərbaycanın nəfis xovsuz xalçalarından biri olanSumax” xalçası götürülüb.

   Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində sərgi 10 may tarixinədək davam edəcək.

 

Mədəniyyət.- 2018.- 11 parel.- S.3.