Gənc kamança ifaçılarının müsabiqəsi davam edir

 

   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə kamança ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, dəstəklənməsi, ustad sənətkar, Xalq artisti Habil Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə gənc ifaçıların II Respublika müsabiqəsi keçirilir. Hazırda regionlar üzrə müsabiqənin I mərhələsi davam edir.

   Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi üzrə dinləmələr Bərdə şəhər 1 nömrəli Uşaq incəsənət məktəbində gerçəkləşib. Mingəçevir, Yevlax şəhər və Bərdə, Tərtər rayonlarından iştirakçılar arasında müsabiqə 3 yaş kateqoriyası (10-13, 14-17 və 18-21) üzrə aparılıb. 10-13 yaş kateqoriyası üzrə Yevlax şəhər Aran musiqi məktəbinin və Bərdə rayon 1 saylı Uşaq incəsənət məktəbinin təmsilçiləri, 14-17 yaş kateqoriyası üzrə Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik Musiqi məktəbi və Bərdə rayon 1 saylı Uşaq incəsənət məktəbinin şagirdləri müsabiqənin 2-ci mərhələsində çıxış etmək hüququ əldə ediblər.

   Müsabiqənin ikinci turu Bakı şəhərində keçiriləcək. Bu turda regionlardan seçilmiş iştirakçıların ifaları münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Mədəniyyət.- 2018.- 11 parel.- S.6.