Dahi bəstəkarın 100 illiyi Sankt-Peterburqda qeyd olunub

 

   Qara Qarayevin əsərləri Azərbaycan xalqının zəngin mədəni irsini əks etdirir

  

   D.Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının böyük zalında dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.   

   Konsert Prezident İlham Əliyevin görkəmli bəstəkarın 100 illik yubileyinin qeyd olunması haqqında sərəncamına əsasən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğunun təşkilatçılığı ilə gerçəkləşib.

   Sankt-Peterburq Hökuməti Xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoryev tədbirdə çıxış edərək Qara Qarayevin Azərbaycan və dünya mədəniyyətinə ölməz əsərlər bəxş etdiyini bildirib. O, dahi bəstəkarın 100 illiyi münasibətilə Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenkonun tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyub. Məktubda bildirilib ki, Qara Qarayevin əsərləri Azərbaycan xalqının zəngin mədəni irsini əks etdirirbu gün Sankt-Peterburq ictimaiyyəti Azərbaycan incəsənəti ilə yaxından tanış olmaq imkanı əldə edib. Qubernator son illərdə Azərbaycan və Rusiya Federasiyasının Sankt-Peterburq hökumətləri arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini, mədəniyyət və təhsil, iqtisadi sahədə əlaqələrin möhkəmləndiyini diqqətə çatdırıb.

   Gecə konsert proqramı ilə davam edib. İki hissədən ibarət konsertdə Azərbaycanın Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Rusiyanın Əməkdar kollektivi, Sankt-Peterburq Filarmoniyasının Akademik Simfonik Orkestri Q.QarayevinLeyli Məcnunsimfonik poeması, skripka orkestr üçün konserti, “Don Kixotsimfonik qravürləri, “İldırımlı yollarlabaletindən 2 saylı süitasını səsləndirib. Konsertin solisti məşhur skripkaçı, iki dəfəGremmymükafatçısı Maksim Venqerov olub.

   Yubiley gecəsində ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov, Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin nümayəndə heyəti, bəstəkarın oğlu, Moskva Konservatoriyasının professoru Fərəc Qarayev, Azərbaycan diasporunun nümayəndələri, Rusiya Azərbaycan Gənclər Təşkilatı (AMOR) şəhər bölməsinin fəalları, Sankt-Peterburqda akkreditə olunmuş diplomatik korpusların əməkdaşları tanınmış mədəniyyət incəsənət xadimləri iştirak ediblər.

  

   Lalə

 

 Mədəniyyət.- 2018.- 11 parel.- S.7.