Tbilisidən mükafatlarla
qayıdıblar
Xəbər verdiyimiz kimi, 1-5 aprel tarixində Tbilisidə Yevgeni Mikeladze adına Orkestr alətləri üzrə gənc musiqi ifaçılarının III Beynəlxalq müsabiqəsi keçirilib.
Müsabiqənin münsiflər heyətində Gürcüstanın və Azərbaycanın tanınmış mütəxəssisləri Diana Caiana (violin), Hökümə Əliyeva (violin), Serqo Tkabladze, Anna Lomtadze, Əziz Qarayusifli (nəfəs alətləri) və Lana Quldedava (fortepiano) yer alıb.
Müsabiqədə Azərbaycanı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, L. və M. Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi məktəbi və 24 saylı 11 illik Musiqi məktəbinin şagirdləri təmsil ediblər.
İki turdan ibarət müsabiqədə nəfəs alətləri nominasiyasında Mərkəzi İncəsənət Məktəbində qoboy ixtisası üzrə müəllim Elşən Məmmədovun sinfində təhsil alan Zakir Allahverdili Qran-pri mükafatına, truba ixtisası üzrə müəllim Vladislav Kuznetsovun sinfində təhsil alan Əlipaşa Şahgəldiyev isə I yerə layiq görülüblər.
Simli alətlər üzrə nominasiyada məktəbin şagirdləri - violin ixtisası üzrə müəllim Hökümə Əliyevanın sinfində təhsil alan Zərrin Əliyeva Qran-pri mükafatını, Ülvi Tahirov I, Nuray Seyid isə II yeri qazanıb.
Tbilisi Dövlət Konservatoriyasında mükafatlandırılma və qaliblərin qala-konserti keçirilib.
Mədəniyyət.- 2018.- 11 parel.- S.7.