İslam dünyası gənc klassik musiqi ifaçılarının növbəti müsabiqəsi

 

 

   Bakıda İSESCO-nun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə İslam dünyası gənc (20 yaşadək) klassik musiqi ifaçılarının VII Beynəlxalq müsabiqəsi keçirilir.

   Müsabiqəyə 9 ölkənin (Azərbaycan, Türkiyə, Misir, Rusiya Federasiyası (Tatarıstan), Qazaxıstan, Özbəkistan, Mərakeş, İran, Əlcəzair) təmsilçiləri qatılıb. Kiçik yaş qrupu üzrə dinləmələr aprelin 10-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında baş tutub. Böyük yaş qrupu üzrə iştirakçılar aprelin 11-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kameraorqan musiqisi zalında çıxış edəcəklər.

   Müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi və qala-konsert aprelin 12-də Bakı Musiqi Akademiyasının böyük konsert zalında keçiriləcək.

 

Mədəniyyət.- 2018.- 11 parel.- S.7.