Beynəlxalq Türk
Mədəniyyəti və İrsi Fondunun layihələrindən söhbət
açılıb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bakıda keçirilən Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin konfransı çərçivəsində Qırğızıstanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə elçisi Xanaim Baktuqulova ilə görüşüb.
Fondun türk xalqlarının tarixinin, ədəbiyyatının və mədəniyyətinin mühafizəsi və təşviqi istiqamətində fəaliyyətindən söz açan G.Əfəndiyeva Türk dünyasının zəngin mədəni irs nümunələrindən olan “Dədə Qorqud”, “Koroğlu” dastanları, o cümlədən “Manas” qırğız dastanı ilə bağlı layihələr barədə məlumat verib. Günay Əfəndiyeva böyük qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyi ilə bağlı Fond tərəfindən keçirilməsi planlaşdırılan tədbirlər barədə də danışıb.
Bakıda ilk dəfə səfərdə olan Xanaim Baktuqulova paytaxtımız haqqında təəssüratlarını heyranlıqla danışıb, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. O, Fondun layihələrinə Qırğızıstan hökuməti tərəfindən hərtərəfli dəstək veriləcəyini qeyd edib.
Görüşdə birgə əməkdaşlığın
perspektivləri və qarşılıqlı maraq
doğuran bir sıra
məsələlər müzakirə edilib.
Mədəniyyət.- 2018.- 11 parel.- S.11.