Opera səhnəmizin Həqiqəti
“Unudulmayanlar” layihəsində Həqiqət
Rzayeva xatırlandı
Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” layihəsi çərçivəsində növbəti musiqili gecə keçirildi. Tədbir görkəmli xanəndə, Xalq artisti Həqiqət Rzayevaya həsr edilmişdi.
Yazıçı, şair, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı tədbiri açaraq sənətkarın milli musiqimizin inkişafı və təbliğində xidmətlərindən danışdı. Bildirildi ki, Həqiqət Əli qızı Rzayeva 10 may 1907-ci ildə Lənkəran şəhərində dünyaya göz açıb. 1923-cü ildə Bakıda Pedaqoji Texnikuma daxil olub. Burada həm də dram dərnəyinə yazılır. Həmin dövrdə Bakıda “Damğa” adlı satirik teatr açılır. Sənətə həvəsi onu bu teatra gətirir. Bəstəkar Müslüm Maqomayev H.Rzayevanın səsini yoxlayır və onu Azərbaycan Opera Teatrında işə götürür. O, 1928-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının Muğam şöbəsində Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Qurban Pirimov kimi görkəmli sənətkarlardan dərs alır. Vurğulandı ki, 1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti olmuş Həqiqət Rzayeva Ərəbzəngi (“Şah İsmayıl”, M.Maqomayev), Leyli, Əsli, Telli (“Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın mal alan”, Ü.Hacıbəyli), Şahsənəm (“Aşıq Qərib”, Z.Hacıbəyov) və s. obrazları yüksək peşəkarlıqla yaradıb. Sənətkar 2 avqust 1969-cu ildə vəfat edib.
Xalq artisti Arif Babayev H.Rzayevanın sənətkarlıq qabiliyyətindən danışdı. Qeyd etdi ki, opera səhnəsində Ərəbzəngi, Leyli, Əsli və Şahsənəm kimi fərqli xarakter və idealları olan obrazları canlandırmaq hər sənətkara nəsib olmur.
Xalq artisti Canəli Əkbərov bildirdi ki, Həqiqət xanım həm də pedaqoji fəaliyyət göstərib və gələcək kadrların yetişməsi üçün böyük səylə çalışıb. O, sənətkarla bağlı maraqlı bir faktı da diqqətə çatdırdı. Qeyd etdi ki, 1939-cu ildə Moskvada Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyü zamanı xanəndə “Arşın mal alan” operasında Telli obrazını özünəməxsus şəkildə ifa edir. Sonralar dahi Üzeyir bəy Həqiqət xanıma danışırmış ki, “Arşın mal alan”da Tellinin lal səhnəsinə baxan İ.Stalin belə deyib: “Bax, budur aktrisa!”
Çıxışlardan sonra bədii hissəyə keçildi, H.Rzayevanın sənət yolunu əks etdirən videoçarx nümayiş olundu. Əməkdar artistlər Anar Şuşalı “Qara tellər”, Sevinc Sarıyeva “Ağ gül, qırmızı gül, bir də sarı gül” xalq mahnılarını ifa etdilər. Rəvanə Qurbanova və Əməkdar artist Səbuhi İbayev “Leyli və Məcnun” operasından duet, Əməkdar artist Nuriyyə Hüseynova “Qatar” təsnifini, Atabəy İsmayılov tarda “Çahargah” rapsodiyasını səsləndirdilər.
Sonda sənətkarın nəvəsi Ülviyyə Manafova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara öz dərin təşəkkürünü bildirdi.
Savalan
Fərəcov
Opera
səhnəmizin Həqiqəti
1 / 4
11-04-2018
30
“Unudulmayanlar” layihəsində Həqiqət
Rzayeva xatırlandı
Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzində
“Unudulmayanlar” layihəsi çərçivəsində
növbəti musiqili gecə keçirildi. Tədbir görkəmli
xanəndə, Xalq artisti Həqiqət Rzayevaya həsr
edilmişdi.
Yazıçı, şair,
filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn
Kazımlı tədbiri açaraq sənətkarın milli
musiqimizin inkişafı və təbliğində xidmətlərindən
danışdı. Bildirildi ki, Həqiqət Əli
qızı Rzayeva 10 may 1907-ci ildə Lənkəran şəhərində
dünyaya göz açıb. 1923-cü ildə Bakıda
Pedaqoji Texnikuma daxil olub. Burada həm də dram dərnəyinə
yazılır. Həmin dövrdə Bakıda “Damğa”
adlı satirik teatr açılır. Sənətə həvəsi
onu bu teatra gətirir. Bəstəkar Müslüm Maqomayev
H.Rzayevanın səsini yoxlayır və onu Azərbaycan Opera
Teatrında işə götürür. O, 1928-1932-ci illərdə
Azərbaycan Dövlət Konservatoriyasının Muğam
şöbəsində Cabbar Qaryağdıoğlu, Seyid
Şuşinski və Qurban Pirimov kimi görkəmli sənətkarlardan
dərs alır. Vurğulandı ki, 1927-1952-ci illərdə
Opera və Balet Teatrının solisti olmuş Həqiqət
Rzayeva Ərəbzəngi (“Şah İsmayıl”, M.Maqomayev),
Leyli, Əsli, Telli (“Leyli və Məcnun”, “Əsli və Kərəm”,
“Arşın mal alan”, Ü.Hacıbəyli), Şahsənəm
(“Aşıq Qərib”, Z.Hacıbəyov) və s. obrazları
yüksək peşəkarlıqla yaradıb. Sənətkar 2
avqust 1969-cu ildə vəfat edib.
Xalq artisti Arif Babayev H.Rzayevanın
sənətkarlıq qabiliyyətindən danışdı.
Qeyd etdi ki, opera səhnəsində Ərəbzəngi, Leyli,
Əsli və Şahsənəm kimi fərqli xarakter və
idealları olan obrazları canlandırmaq hər sənətkara
nəsib olmur.
Xalq artisti Canəli Əkbərov
bildirdi ki, Həqiqət xanım həm də pedaqoji fəaliyyət
göstərib və gələcək kadrların yetişməsi
üçün böyük səylə
çalışıb. O, sənətkarla bağlı
maraqlı bir faktı da diqqətə çatdırdı.
Qeyd etdi ki, 1939-cu ildə Moskvada Azərbaycan mədəniyyəti
və incəsənəti ongünlüyü zamanı xanəndə
“Arşın mal alan” operasında Telli obrazını
özünəməxsus şəkildə ifa edir. Sonralar dahi
Üzeyir bəy Həqiqət xanıma
danışırmış ki, “Arşın mal alan”da Tellinin
lal səhnəsinə baxan İ.Stalin belə deyib: “Bax, budur
aktrisa!”
Çıxışlardan sonra bədii
hissəyə keçildi, H.Rzayevanın sənət yolunu əks
etdirən videoçarx nümayiş olundu. Əməkdar
artistlər Anar Şuşalı “Qara tellər”, Sevinc
Sarıyeva “Ağ gül, qırmızı gül, bir də
sarı gül” xalq mahnılarını ifa etdilər. Rəvanə
Qurbanova və Əməkdar artist Səbuhi İbayev “Leyli və
Məcnun” operasından duet, Əməkdar artist Nuriyyə
Hüseynova “Qatar” təsnifini, Atabəy İsmayılov tarda
“Çahargah” rapsodiyasını səsləndirdilər.
Sonda sənətkarın nəvəsi
Ülviyyə Manafova çıxış edərək tədbirin
təşkilatçılarına və
iştirakçılara öz dərin təşəkkürünü
bildirdi.
Savalan Fərəcov
Mədəniyyət.- 2018.- 11 parel.- S.13.