“Sarmaşıqlı məzarlar”

 

1918-c  i ildə Azərbaycanda şəhid olmuş türk hərbçilərindən bəhs edən filmin təqdimatı

  

   Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində “Sarmaşıqlı məzarlar” sənədli filminin təqdimatı olub.  

   Fondun icraçı direktoru Oktay Səmədov maarifçilik işində sənədli filmlərin rolundan danışıb. Bildirilib ki, “Aranfilmin çəkdiyi “Sarmaşıqlı məzarlar” filmi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinə köməyə gəlmiş və döyüşlərdə şəhid olmuş türk əsgərlərinin xatirəsinə həsr edilib.

   Yaradıcılıq prosesində baş verən maraqlı məqamlardan danışan “Aranfilmin bədii rəhbəri Tahir Tahiroviç sənədli filmlərin gənclərin dünyagörüşününelmi biliklərinin artırılmasında rolundan bəhs edib. O, filmin çəkilişlərinə göstərdikləri dəstəyə görə Bilik Fondunun və Bakı Yunus Əmrə İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirib.

   Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemir təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində şəhid türk əsgərlərinin məzarlarının olduğunu deyib. O, 1918-ci ildə Osmanlı hərbçilərinin Azərbaycana öz qardaşlarına kömək etməyə gəldiklərini vurğulayıb.

   Sonra film nümayiş olunub. Ekran əsərində babasının məzarını axtarıb tapmağa gəlmiş türkiyəli gəncin ona bələdçilik edən araşdırmaçının köməyi ilə Azərbaycanın bölgələrində olan naməlum türk əsgərlərinin məzarlarını ziyarət etməsi göstərilir. Bələdçi məzarların hər biri barədə məlumat verir.

 

Mədəniyyət.- 2018.- 11 parel.- S.14.