Tanınmış bəstəkarın 60 illik yubileyi qeyd olunub

 

   Aprelin 12-də Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış bəstəkar Məmməd Cəfərovun 60 illik yubileyinə həsr olunmuş müəllif konserti keçirilib.

    İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək bəstəkarın ömür yoluna nəzər salıb, musiqi tariximizə verdiyi töhfələrdən danışıb. Bildirib ki, Bəstəkarlar İttifaqının Gəncə təşkilatının sədri olan Məmməd Cəfərov yaradıcılığına böyük tələbkarlıqla və məsuliyyətlə yanaşır. Ali musiqi təhsilini Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində alan M.Cəfərovun sənətkar kimi yetişməsində görkəmli bəstəkarlar İsmayıl Hacıbəyov, Aqşin Əlizadə və Fərəc Qarayevin əhəmiyyətli rolu olub. O, Nazim Hikmətin sözlərinə yazdığı “Həsrət” və “Vida” romanslarını İsmayıl Hacıbəyovun xatirəsinə həsr edib.

   Müxtəlif musiqi janrlarında qələmini sınayan, milli koloriti ilə seçilən əsərlər yaradan bəstəkarın yaradıcılığında vokal, kamera-instrumentalxor əsərləri üstünlük təşkil edir. O, piano üçün “Naxışlar” məcmuəsinin, iki piano üçünMusiqi”, violinpiano üçünSonata-poema”, Nazim Hikmətin sözlərinə vokal silsilənin, solistlər, xorsimfonik orkestr üçünYuxulama, oğuz eli”, “Vətən dedim”, “Cavad xan” kantatalarının, kamera orkestri üçün pyeslərin, mahnı və romansların müəllifidir. Onun əsərləri beynəlxalq festivallarda uğurla ifa olunurmusiqi ictimaiyyəti tərəfindən maraqla qarşılanır.

   Hazırda pedaqoji fəaliyyətini Qəmbər Hüseynli adına Gəncə Musiqi Kollecində davam etdirən M.Cəfərov gənc musiqiçilər nəslinin yetişməsində var qüvvəsi ilə çalışır.

   Sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə Şəhla Ələkbərovanın bədii rəhbərliyi ilə Azərbaycan Televiziyası Radiosunun Cahangir Cahangirov adına Xorunun ifasında bəstəkarın kamera, vokal xor əsərləri ifa olunub. Gənc vokalçılar Fidan Məmmədzadə Fəxri Kazım Nicat sənətkarın “Vida”, “Həsrət başqa romanslarını səsləndiriblər.

   Konsert proqramında yubilyarın ifası tədbirə xoş ovqat bəxş edib.

  

Mədəniyyət.- 2018.- 13 aprel.- S.3.