Paytaxt məktəblisinin rəsmi İtaliyada
birinci yeri tutub
Paytaxtın 328 nömrəli tam orta məktəbinin X sinif şagirdi Bəhruz Zamanlının çəkdiyi “Buta” rəsmi İtaliyada keçirilən beynəlxalq rəsm festivalında birinci yerə layiq görülüb.
Bakı Şəhəri
üzrə Təhsil İdarəsindən bildiriblər ki, İtaliyanın Rimini
şəhərində keçirilən “İtalian
Break” mədəniyyət və incəsənət
festivalında 28 ölkə təmsil olunub.
Medal, diplom və sertifikata layiq görülən
B.Zamanlı növbəti “İtalian Break” mədəniyyət və incəsənət
festivalında iştirak üçün
dəvət alıb, eləcə də “Play
2018” internet müsabiqəsinə
qatılmaq şansı əldə edib.
Mədəniyyət.- 2018.- 13 aprel.- S.4.