Azərbaycanın kitabsevər uşaqları üçün

   Uşaq mütaliəsinin inkişafı sahəsində layihələr haqqında

  

   Uşaq və yeniyetmə mütaliəsinin inkişafı Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Bu yazıda nazirliyin və ölkə kitabxanalarının bu sahədə apardıqları işlərdən söz açmaq, eləcə də oxucuları nazirliyin bu sahədə gələcək layihələri ilə tanış etmək istəyirik.

   Mütaliə - təkcə cəmiyyətin deyil, həm də cəmiyyətin öz gələcəyinə olan münasibətinin indikatorudur. Təəssüf ki, müasir dünyada kitabın dəyəri və mütaliə nəzərəçarpacaq dərəcədə aşağı düşmüşdür. Mütaliə müasirlərimizin öz asudə vaxtlarını dolğunlaşdırdıqları məşğuliyyətlər siyahısında heçbirinci yer tutmur, onu televiziya və kompüterlər getdikcə daha çox sıxışdırıb çıxarır. Halbuki mütaliə edən insanlar informasiyanı daha tez təhlil edir, düzgün qərarlar tapır və qəbul edir, daha böyük yaddaş həcminə və aktiv yaradıcılıq təxəyyülünə malik olur, öz fikirlərini daha aydın formalaşdırır və ifadə edirlər, mühakimə və davranışlarında daha sərbəstdirlər. Başqa sözlərlə, mütaliə mənən kamil, savadlı və sosial dəyərli şəxsiyyət formalaşdırır.

   Kitaba və mütaliəyə sevgi aşılamağa lap kiçik yaşlardan başlamaq zəruridir. Bu məqsədlə bir sıra ölkələrdə kitabxanalar tərəfindən gənc ailələr üçün xüsusi layihələr gerçəkləşdirilir. Rusiyada, məsələn, doğum evlərindən çıxış veriləndə kitabxanalar gənc analar üçün olan ədəbiyyat siyahısını, həmçinin 1 yaşından 3 yaşınadək körpələrlə bağlı uşaq kitabları siyahısını onlara təqdim edirlər. Finlandiya kitabxanalarında uşaqları və onların valideynlərini maraqlı tədbirlər gözləyir. Bunlar müxtəlif yaşlı uşaqlar üçün oyun seansları, məktəblilər üçün yeni kitablarya seçilmiş mövzu üzrə tematik kvestalar, lap balaca ziyarətçilər üçün art-zonada mini-tamaşalars.

   Mütaliənin inkişafı bizim kütləvi kitabxanalarımızın fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Oxucularrespublika ictimaiyyəti hər ilin may ayında ölkəmizin şəhər və rayonlarında təşkil edilən və artıq onuncu dəfədir ki, ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunan kitab bayramlarını səbirsizliklə gözləyirlər. Maraqlı kitab və jurnalların sərgisi, viktorinalar, şeirlər, mahnılar və rəqslər, müxtəlif müsabiqələr - bütün bu rəngarəng tədbirlərlə zəngin kitab bayramları əsl xalq gəzintisinə çevrilir.

   * * *

   Nazirliyin mütaliənin təşviqi sahəsində mühüm layihələrindən biri “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”dır. Ölkə Prezidentinin “Azərbaycan kitabxanalarının fəaliyyətinin yaxşılaşdırılması haqqında” 20 aprel 2007-ci il tarixli sərəncamının icra edilməsi məqsədilə yaradılan virtual kitabxanada 5 mindən çox kitabın elektron versiyası yerləşdirilib və baza daim zənginləşdirilir. Kitabxana istifadəçilərinin rahatlığı üçün burada kitablar müxtəlif kateqoriyalar üzrə bölünüb. Hər dəfə buraya daxil olan oxucu virtual kitabxananın əsas səhifəsində yeni əlavələr (kitablar), eləcə də daha çox mütaliə edilən kitabları görür. Oxucular üçün rahat olan interfeysdə müəllifin adı, kitabın adı və açar söz vasitəsilə asanlıqla istənilən kitabı tapmaq olur.

   Müxtəlif istifadəçi qruplarına virtual kitabxananın bazasında operativ və keyfiyyətli kitabxana-informasiya xidmətlərinin göstərilməsi üçün nazirlik tərəfindən “Mobil kitabxana” proqramı da sifariş edilmişdir. Onun bazasına siyasi, hüquqi, iqtisadi, tarixi, bədii, uşaq ədəbiyyatı, marketinq, menecment, biznes, kənd təsərrüfatı və s. sahələr üzrə kitablar (5 mindən artıq kitab) yerləşdirilib. Burada həmçinin, müəllif, kitabın adı və açar sözlər vasitəsilə axtarış aparmaq mümkündür. Təkrar axtarış zamanı rahatlıq məqsədilə lazımi yerdə əlfəcin-nişan qoyula bilər. Proqram lokal (offline), yəni internetsiz rejimdə də işləyir.

   * * *

   Mədəniyyət və Turizm Nazirliyi əvvəllər kiril qrafikasında çap edilmiş uşaq nəşrlərinin populyarlaşdırılmasına böyük diqqət yetirir. “Bərpanəşr” layihəsi üzrə hər il latın qrafikasına konvertə edilmiş kitablar nəşr olunurkitabxanalara hədiyyə edilir.

   Təkcə 2017-ci ildə nazirlik tərəfindən aşağıdakı kitablar nəşr edilərək ikinci ömür qazanmışdır: N.Gəncəvinin “İsgəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi”, “Şah və xidmətçi”, “Kərpickəsən”, M.Cəlalın “İki rəssam”, Qrimm qardaşlarının “Bremen musiqiçiləri”, F.Sadığın “Bala kirpi”, rus xalq nağılı “Gözəl Vasilisa”, V.SuteyevinMiyo eləyən kim idi?”, “Məlikməmmədlə vəfalı atın nağılı”, Ə.HaqverdiyevinOvçu Qasım”, A.AxundovunNeft çariçəsi haqqında nağıl”, S.M.Qənizadənin “Nağıl”, R.Rzanın “Təranənin oyuncaqları”, “Qarışqa və göyərçin”, “Xoruz”. Bu kitablar yalnız F.Köçərli adına Respublika Uşaq Kitabxanasında yeganə nüsxədə saxlanılırdı. Uşaqların sevimli kitabı olan R.KiplinqinMauqlisinazirliyin dəstəyi ilə işıq üzü görmüşdür.

   * * *

   Uşaq və yeniyetmələrin mütaliəyə marağının artırılmasına nazirliyin daha bir layihəsi - “Kitabsevər uşaqlar” kömək göstərib. 2016-cı ilin may ayında start verilən layihənin başlıca hədəfi balaca oxucuların estetik zövqünün, eləcə də yüksək intellektinin formalaşdırılması, internetdən rasional istifadənin öyrədilməsi, informasiya küyündən vaxtında uzaqlaşdırma, klassiklərin, həmçinin uşaq ədəbiyyatının müasir nümunələrinin təbliğidir. Bu məqsədlə Facebook-da səhifə yaradılıb və burada uşaqların dünyagörüşünü formalaşdıran, bilim dairəsini genişləndirən nağıllar, hekayələr, yumoreskalar, cizgi filmləri yerləşdirilib. Səhifəni indiyədək 9200-dən çox nəfər bəyənmiş, səhifədə 7400-ə yaxın şəkil paylaşılmışdır. Bu, respublikamızda sosial şəbəkələrdə uşaq ədəbiyyatını təbliğ edən, uşaqlarda mütaliə edilmiş materialın mənimsənilməsi vərdişlərini formalaşdıran yeganə səhifədir.

   Nazirliyin 2017-ci ildə daha bir maraqlı layihəsi tanınmış uşaq yazıçılarının kitabxanalara turnesi oldu. Bu, pilot layihə idi. Yazıçılar Gülzar İbrahimova, Solmaz Amanova, Sevinc Nuruqızı Lənkəran və Şirvan şəhər Xaçmaz, Ağdaş, Quba, Bərdə, Tərtər, İsmayıllı, Salyan, Füzuli, Şəmkir, Bakı şəhərinin Xəzər və Sabunçu rayon mərkəzi kitabxanalarında oxucularla görüşdülər.

   Daha bir yenilik respublikanın bir sıra kitabxanalarında “Hərfsevər” uşaq klublarının yaradılmasıdır. Bu klublar uşaqların intellektual və yaradıcı inkişafı üçün çoxsaylı opsiyalar təklif edəcək: uşaq yazıçıları, illüstrasiyaçılar və animasiyaçılar ilə görüşlər, inkişafetdirici oyunlar, bayramlar, müsabiqələr, 5 yaşından böyük uşaqlar üçün ustad dərsləri. Klubların bütün tədbirlərinə giriş sərbəst olacaq.

   * * *

   Mütaliəyə marağı tərbiyə etmək, uşaq və yeniyetmələrə ədəbiyyatı sevdirmək mərkəzi kitabxanaların uşaq şöbələrinin başlıca vəzifələridir. Kitabxanalarda onları sevimli yazıçılarının şeir və nağılları, öyrədici kitablar, oyuncaq-kitablar gözləyir, çoxsaylı digər tədbirlər keçirilir. Quba rayonunun Mərkəzi kitabxanası L.KerrolunAlisa möcüzələr ölkəsində” kitabının motivləri əsasında uşaq bayramı təşkil etmişdir. Kiçikyaşlı oxucularla görüşə gələn bu sevimli kitabın qəhrəmanları da elə bayram proqramının aparıcılarına çevrildilər.

   Gəncə şəhər Mərkəzi kitabxanasında isə 2017-ci ildə “Uşaq kitabına resenziya” adlı aksiya keçirildi. Uşaqlar kitablarla bağlı rəy yazaraq bunları açıqca formasında tərtib etdilər. Ən yaxşı açıqca-rəylər tövsiyə edilən kitablarla birlikdə oxu zalında sərgiləndi. İştirakçılar kitabxana tərəfindən hədiyyələrlə mükafatlandırıldı.

   “Gəncə! Birlikdə mütaliə edirik” layihəsi də maraqla qarşılandı. Kitabları teatr aktyorları, yazıçılar və şairlər, tələbələr, məktəblilər, bir sözlə, bütün arzu edənlər oxuyurdular. Hər ay üçün mütaliə proqramı müxtəlifdir. 2018-ci ildən hər şənbə bütün arzulayanlar “Ailəvi oxulara dəvət olunacaqlar.

   Kitab çəməni” - bu, Füzuli rayon Mərkəzi kitabxanasında kiçikyaşlı uşaqlar üçün yaradılmış özünəməxsus kitab klubudur. Hər şənbə günü uşaqlar burada oynayır, musiqi dinləyir, uşaq kinolarına və cizgi filmlərinə tamaşa edirlər, uşaq kitablarının ucadan oxusu keçirilir. Layihədə populyar uşaq yazıçısı Gülzar İbrahimova iştirak edir, o tez-tez balacaları ziyarət edir, onlara kitablarını ucadan oxuyur.

   * * *

   2018-ci ildə biz yayda şəhərlərdə qalan və darıxmaq istəməyən uşaq və yeniyetmələr üçünQeyri-olimpiya oyunları” layihəsini reallaşdırmağı planlaşdırırıq. Bu, müxtəlif yaş kateqoriyalı uşaqların yaradıcı tapşırıqlar və inkişafetdirici oyunlarda yarışacaq, dilləri öyrənəcək, ədəbi viktorinalarda və digər cəlbedici müsabiqələrdə iştirak edəcəkləri kompleks tədbirlər olacaq. Layihədə 3 yaşdan 14 yaşınadək uşaqlar iştirak edəcəklər, valideynlər isə dəstək komandası kimi onlara azarkeşlik edəcəklər.

   Həmçinin, “Yenə məktəbə. Möhtəşəm tənəffüs” adlı genişmiqyaslı festivalın keçirilməsi planlaşdırılır. Bu layihədə artistlər, psixoloqlar, pedaqoqlar, rəssamlarla birlikdə uşaqlar rəsm çəkməyi, yapmanı, öz hislərini düzgün büruzə verməyi öyrənəcəklər. Festivalın proqramında bədii qiraətçilər müsabiqəsi və peşəkar yönlənmə üzrə ustad dərsləri, maarifləndirici viktorinalar, müsabiqələr də olacaq.

   Uşaq və ailə mütaliəsinin dəstəklənməsi üzrə uğurlu formalarından biri - “Sən və mən kitabın ən yaxşı dostuyuqUşaq kitabı festivalının keçirilməsidir. Burada kitabxanaçıların əsas vəzifəsini uşaq və yeniyetmələrin rus, ingiliss. dillərə, mütaliəyə davamlı marağının formalaşdırılmasında görürük. İstifadəçilərin yaş kateqoriyası - 4-dən 16 yaşadəkdir. Layihənin özəyini uşaq münsiflər heyətinin hakimliyi ilə müxtəlif müsabiqələr təşkil edəcək: mütaliəçilərin “Mənim sevimli şeirim”, uşaq ədəbiyyatı bilicilərinin “Mütaliəni sevirəm”, buktreylerlərin “Kitaba baxır və oxuyuruq!” və s. Festival çərçivəsində tematik uşaq rəsmləri müsabiqəsi təşkil ediləcək.

   İlk dəfə olaraqBiz kitabla birlikdə yüksəlirik!” festivalının təşkili planlaşdırılır. Bu sosial layihə bütün yaş həddində olan uşaqlar arasında ənənəvi (kağız) kitabların mütaliəsinin populyarlaşdırılmasına istiqamətlənib. Uşaqlar - yalnız tamaşaçılar deyillər, bütün tədbirlərin fəal iştirakçıları olacaqlar.

   İbtidai sinif uşaqları üçünBook kvest” bayramı layihəsini reallaşdırmağı da düşünürük, onun proqramına kitablar dünyasına səyahət, kitabın “doğulması” ilə bağlı slaydların nümayişi, oyunlar, müsabiqələr, sevimli kitaba dair səsvermə daxildir və əlbəttə ki, sürprizlərsiz ötüşməyəcək.

   Günlərlə vaxtlarını kompüter arxasında keçirən və mütaliəni sevməyən uşaqlarda mütaliəyə həvəsi inkişaf etdirmək üçün kitabxanaçılar proqramçılarla müştərək olaraq “Buklenddən olan xəyalət” adlı cəlbedici kompüter oyununun yaradılması haqqında düşünürlər. Bunlar təhlükəli yaramazlarxeyirxah qəhrəmanlarla dolu olan şəhərdə çox maraqlı macəralar, sevimli kitabların personajları ilə görüşlərdir.

   Bir məqalədə nazirliyin və kitabxanaların mütaliənin dəstəklənməsinə və inkişafına istiqamətlənən bütün layihələri barədə ətraflı danışmaq mümkün deyil. Biz bütün kitabxanaları, ictimaiyyəti əldə edilənlərlə kifayətlənməməyə çağırır və ümid edirik ki, gələcəkdə çoxlu sayda yeni ideyalar meydana çıxacaq və həyata keçəcəkdir. Həmin layihələr gənc nəslə kitaba və mütaliəyə sevgini qoruyub saxlamaqdabunun köməyi ilə onlara öz təxəyyülünü, yaddaşını, intellektini inkişaf etdirməkdə, mənən kamilsosial baxımdan dəyərli şəxsiyyətlərə çevrilməkdə kömək göstərəcək.

  

   Lətifə Məmmədova

   Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri,

   tarix elmləri üzrə fəlsəfə doktoru, dosent

 

Mədəniyyət.- 2018.- 13 aprel.- S.10.